Unibank “Yango Azerbaijan” ilə tərəfdaşlığa başladı - 500 AVTOMOBİL GƏTİRİLƏCƏK, GÜZƏŞTLİ KREDİTLƏ SATILACAQ
Unibank növbəti "yaşıl" maliyyələşməni həyata keçirirUnibank Azərbaycanda aparıcı taksi sifarişi xidmətlərindən biri olan “Yango Azerbaijan”la strateji tərəfdaşlığa başlayıb.
Məqsəd Bakının taksi parkında ekoloji cəhətdən daha təmiz olan hibrid avtomobillərin sayının artmasına maliyyə dəstəyi göstərməkdir. Bu əməkdaşlıq çərçivəsində “Yango Azerbaijan” şirkətinin Bakıdakı dörd partnyor taksi parkına 500 yeni hibrid avtomobil gətiriləcək. Sürücülər artıq ilin sonunadək bu avtomobillərlə taksi sifarişlərinə başlaya biləcəklər.
Taksi şirkətləri bu avtomobilləri “Unibank”dan çox sərfəli, güzəştli şərtləri olan kreditlə almaq imkanı qazanacaq. Prosesə dəstək məqsədilə “Yango Azerbaijan” zamin kimi bu təşəbbüsə sərmayə qoyub. “Yango”nun tərəfdaşlarının BYD Qin Plus modelinin yeni avtomobillərini alması planlaşdırılır.
“Unibank KB” ASC İH-nin sədri Fərid Abuşov yaşıl maliyyələşmə layihəsi ilə bağlı fikirlərini açıqlayıb:
“Məmnuniyyət hissi ilə bildirmək istərdim ki, Bankımız tərəfindən iqlim dəyişmələrinin mitiqasiyası istiqamətində növbəti yaşıl layihə maliyyələşdirilməsi aparılır. Kreditləşmə yaşıl layihə təsnifatına uyğun olan hibrid avtomobillərin alışı üzrə həyata keçirilir. Qeyd etmək istərdim ki, “yaşıl nəqliyyat” beynəlxalq standartlar rəhbər tutulmaqla, Bankımız tərəfindən hazırlanmış dayanıqlı maliyyə yanaşmamıza əsasən yaşıl iqtisadi sektor hesab olunur. Həmçinin hibrid avtomobillərin maliyyəşləşdirilməsi, ölkəmizin Milli Töhfələr Planına əsasən atmosferə atılan istixana qazlarının azaldılmasını hədəfləyən tədbirlər üzrə ekoloji təmiz nəqliyyat növlərinə keçidi dəstəkləyir. Bankımız tərəfindən həyata keçirilən “yaşıl kreditləşmə”nin ölkəmizdə dayanıqlı maliyyə axınlarının formalaşmasına da müsbət təsirini göstərəcəyinə inanırıq. Bu təşəbbüs fəaliyyətimizdə və bankçılıq xidmətlərimizdə dayanıqlı maliyyə və ESG prinsiplərinin inteqrasiyasının daha bir nümunəsidir ”.
“Yango Azerbaijan” şirkətinin baş direktoru Müşviq Həsənov da hesab edir ki, Yango və Unibank arasında əməkdaşlığın əsas məqsədi Bakıda taksi səfərlərini daha təhlükəsiz, daha rahat və hibrid avtomobillərin sayının artması sayəsində ekoloji cəhətdən təmiz etməkdir:
“ Bu təşəbbüs, Bakıdakı tərəfdaşlarımızın taksi parkının yenilənməsi üzrə uzunmüddətli proqramımızın bir hissəsidir. Əvvəllər biz onlara 1000-dən çox yeni avtomobil almağa kömək etmişik ki, bu da şəhərdə taksi xidmətlərinin səviyyəsini xeyli yüksəldir. Növbəti məqsədimiz tərəfdaşlarımıza bu və gələn il ərzində 4000-dən çox yeni avtomobil almağa kömək etməkdir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur










.jpg)










.jpg)
