Bolqarıstan “Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji inkişafı və ötürülməsi" layihəsinə qoşulur
Energetika naziri COP29 tədbiri zamanı bir sıra görüşlər keçiribEnergetika naziri Pərviz Şahbazov COP tədbiri çərçivəsində Pakistanın neft üzrə dövlət naziri Musadik Malik və “CESI SpA” şirkətinin Baş icraçı direktoru Nikola Melchiotti ilə görüşüb.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, Pakistanın neft və su resursları naziri Musadik Malik ilə görüşdə iki ölkə arasında yüksək səviyyəli münasibətlərdən məmnunluq ifadə edilib. Xüsusilə, ikitərəfli əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəlməsində və enerji sahəsində müxtəlif əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsində, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin iyul ayında Pakistana etdiyi dövlət səfərinin mühüm rolu vurğulanıb. Neft məhsullarının ticarəti, neft-qaz infrastrukturu layihələri üzrə Pakistan Dövlət Neft Şirkəti (PSO) ilə SOCAR arasında əməkdaşlıq imkanları dəyərləndirilib. İkitərəfli məsləhətləşmələrin sürətləndirilməsi qeyd olunub.
Bərpa olunan enerji sahəsində də əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Pakistan COP29-un enerji təşəbbüslərinə qoşulmağa dəvət edilib.
“CESI SpA” şirkətinin Baş icraçı direktoru Nikola Melkiotti ilə görüşdə “Xəzər - Qara dəniz - Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırmasının (TİƏ) cari vəziyyəti, tədqiqatın ilkin nəticələri dəyərləndirilib. Həmçinin “Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji inkişafı və ötürülməsi layihəsinin” texniki-iqtisadi əsaslandırmasına məsləhətçi şirkət kimi cəlb olunmuş “CESI SpA” şirkətinin bu istiqamətdə fəaliyyəti ilə bağlı müzakirələr aparılıb. Layihəyə Bolqarıstanın qoşulması, Mərkəzi Asiya ölkələrindən bərpa olunan enerjinin bu dəhlizlə nəqli, infrastrukturun maliyyələşməsi və Avropa şirkətlərinin iştirakı məsələləri nəzərdən keçirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
4 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur










.jpg)







.jpg)

