Martda satışa çıxardığı modelindən 75 000 ədəddən çox satıb
Smartfonlar və məişət texnikası sahəsində tanınan Xiaomi təkcə oktyabrda 20 mindən çox SU7 elektrik avtomobili satıb.Xiaomi mart ayında satışa çıxardığı SU7 modelindən 75 000 ədəddən çox satıb (təhvil verib). Şirkət Noyabr ayının sonuna qədər bu rəqəmi 100 000-ə çatdırmağı planlaşdırır.
Marja.az xəbər verir ki, Xiaomi təkcə oktyabrda 20 mindən çox SU7 elektrik avtomobili təhvil verib.
Şirkət qısa bir müddətdə, 2025-ci ildə buraxılacaq SU7 Ultra üçün 3600-dən çox ilkin sifariş alıb. Model Nürburqrinq trekində dördqapılı sedan kimi rekord qırıb.
Çinin texnologiya nəhəngi Xiaomi, oktyabr ayında 20 000-dən çox SU7 model elektrikli avtomobil (EV) tədarük etdiyini (təhvil verdiyini) açıqlayaraq elektrikli avtomobil sənayesində əhəmiyyətli bir addım atıb.
Smartfonlar və məişət texnikası sahəsində tanınan Xiaomi, 2021-ci ildə elektrikli avtomobil istehsalı ilə bağlı ilk planlarını açıqlamış və elə həmin il xüsusi istehsal müəssisəsinin tikintisinə başlamışdı.
Tesla ilə Xiaomi-dən rəqabətli qiymət strategiyası
Xiaomi özünün ilk elektrik avtomobili olan SU7-nin əsas versiyasını martın sonunda Çin bazarına Tesla Model 3-dən təxminən 4000 dollar daha sərfəli qiymətə təqdim edib. Daha sonra Tesla şirkəti Model 3-ün qiymətini təxminən 2000 dollar aşağı salmışdır.
Xpeng və Nio ilə müqayisədə sürətli hədəflər
Xpeng və Nio təxminən altı il ərzində 100 000 avtomobil istehsalı hədəfinə çatıblar. Eyni istehsal rəqəminə nail olmaq Tesla üçün 12 il çəksə də, Xiaomi bu hədəfə daha qısa müddətdə çatmağı hədəfləyir.
Sentyabr ayında Xpeng, yeni ucuz Mona modeli sayəsində 20 000-dən çox avtomobil təhvil verərək aylıq rekorda imza atıb, Nio isə aylıq tədarükləri 20.000 səviyyəsindən yuxarı saxlamaq üçün mübarizə aparır. Avtomobil istehsalçısı Geely tərəfindən qurulan elektrik avtomobil markası Zeekr, 1,5 ildə 100.000 avtomobil istehsal etmək iddiası ilə diqqəti cəlb edib və sentyabr ayında 21 min 333 avtomobil təhvil verərək öz rekordunu qırıb.
Analitiklərdən Xiaomi üçün müsbət rəylər
"Stansberry Research"ın analitiki Brian Tycangco, oktyabr ayında 20.000 ədəd tədarük edən Xiaomi'nin Çin kimi böyük bir elektrikli avtomobil bazarında güclü bir oyunçu olaraq seçiləcəyini bildirib. Tycangco, Xiaomi-nin avqust ayında Xpeng ilə oxşar ümumi gəlir əldə etdiyini və artan istehsal sürətinin bu marjaları daha da yaxşılaşdıra biləcəyini qeyd edib.
SU7 Ultra modeli ilə yeni hədəflər
Xiaomi 2025-ci ilin martında satışa çıxarılacaq yüksək performanslı SU7 Ultra modeli üçün ilkin sifarişlərin qəbuluna başlayıb. Qiyməti 814 min 900 yuan (114 min 304 dollar) olan model 10 dəqiqə ərzində 3600-dən çox sifariş alıb. Hər sifariş üçün 10 000 yuan depozit tələb edən Xiaomi, bu modeli ilə premium seqmentdə diqqət çəkməyi hədəfləyir. Şirkət həmçinin iddia edib ki, SU7 Ultra prototipi Almaniyadakı Nürburqrinq yarış treki ətrafında dördqapılı sedan üçün ən sürətli dövrəni tamamlayıb. Citi analitikləri bu uğurun Xiaomi-nin daha qənaətcil SU7 Max modelinin satışlarını da artıra biləcəyini düşünürlər və şirkət 2025-ci il üçün tədarük hədəfini 238 000-dən 250 000-ə yüksəldib.
Qeyd edək ki, Azərbaycanda Xiaomi SU7 modeli 79 900 AZN və 89 930 AZN qiymətlərə təklif olunur.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
14 d. əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
-
1 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
1 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
1 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
Ən çox oxunanlar
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
Azərbaycanda qızıl və mis istehsalçısının ixracı 4 dəfədən çox artıb
Bakı–Tbilisi–Qars dəmir yolu modernləşdirilmədən sonra istifadəyə verildi, qatar yola düşdü



























