"Amazon" "Temu" ilə rəqabət aparacaq yeni mağazasını təqdim etdi
"Amazon Haul", 20 dollardan aşağı olan əlverişli məhsul çeşidi ilə seçilir."Amazon" çoxdan gözlənilən aşağı qiymətli məhsul mağazası "Haul" ilə bazara yeni nəfəs gətirməyə çalışır. Xüsusilə qiymət yönümlü gənc istehlakçıları cəlb etməyi hədəfləyən "Amazon", "Haul" ilə populyar e-ticarət platforması "Temu"ya birbaşa rəqib olaraq istifadəyə verilir.
Marja.az-ın məlumatına görə, Çərşənbə günü elan edilən "Amazon Haul", 20 dollardan aşağı olan əlverişli məhsul çeşidi ilə seçilir. Mağaza 1,29 dollarlıq sırğadan 7,99 dollarlıq qadın qamaşlarına qədər geniş çeşiddə məhsullar təqdim edir. Bundan əlavə, Amazon 50 dollar və 75 dollardan yuxarı olan sifarişlərə müxtəlif endirimlər təklif edir; 25 dollar və ya daha çox sifarişlər üçün pulsuz çatdırılma variantı var. Bununla belə, sifarişlərin çatdırılma müddəti ən azı bir həftəlik uzun bir gözləmə müddətini əhatə edə bilər.
"Amazon"un "Prime" üzvlük proqramından fərqli olaraq, "Amazon Haul" platforması "Prime" istifadəçilərinə xüsusi imtiyazlar təklif etmir. "Beta", yəni sınaq mərhələsində olduğu bildirilən "Amazon Haul", yalnız "Amazon"un mobil internet saytı və tətbiqi vasitəsilə istifadə edilə bilər. Platforma moda, aksesuar, ev, gözəllik və elektronika kateqoriyalarında məhsullar təklif edərək geniş alış-veriş auditoriyasına çatmağı hədəfləyir. "Amazon Haul"un görünüşü digər Amazon vitrinlərindən fərqli olaraq dizayn edilmişdir. Platformada emojilər və neon rənglər kimi gənc istifadəçilərin diqqətini çəkəcək çoxlu elementlər var, “Crazy Low” kimi bölmələr də diqqəti cəlb edir. O, həmçinin istifadəçiləri “İndi dayanma! 5% endirim üçün 10.04 dollar əlavə edin” kimi bildirişlərlə təşviq edilir.
Bu strategiya "Temu", "TikTok Shop" və sürətli moda nəhəngi "Shein" kimi rəqiblərin tətbiq etdiyi üsullara bənzəyir, bu da istifadəçini alış-verişini tez xərcləməyə və tamamlamağa təşviq edir. Uzun müddətdir ki, müəyyən bir məhsul və ya markaya fokuslanan və daha səmərəli alış-veriş təcrübələri təqdim edən "Amazon", indi də ucuz məhsullar təqdim edərək gəncləri hədəf alan yeni modeli ilə diqqət çəkir. "Amazon" "Temu"nun ABŞ-da geniş istehlakçı kütləsini cəlb edərək əldə etdiyi sürətli uğurdan ilhamlanıb. 2022-ci ildə ABŞ bazarına daxil olan və qısa müddətdə milyardlarla dollar gəlir əldə edərək ən populyar alış-veriş tətbiqləri arasında yerini alan "Temu", ultra aşağı qiymətləri ilə xüsusilə gənc istehlakçılar arasında qısa zamanda məşhurlaşdıb.
"Amazon"un ucuz məhsullar təklif etmək məqsədinə uyğun olaraq çinli satıcılarla əlaqə saxladığı və bu təşəbbüsün aylardır planlaşdırıldığı məlumdur.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
-
3 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
5 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
6 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 7 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır







.jpg)






.jpg)



.jpg)








