Hyundai Motor-a ilk dəfə koreyalı olmayan baş direktor təyin edilib
Hyundai, ABŞ-dakı əməliyyatlarını gücləndirmək və qlobal rəqabət qabiliyyətini artırmaq üçün Xose Munozu ilk dəfə koreyalı olmayan Baş direktor təyin edib. Bu təyinat Tramp administrasiyasının ABŞ avtomobil sənayesində edə biləcəyi siyasət dəyişikliklərinə qarşı ehtiyat tədbiri kimi qəbul edilir. ABŞ-da böyük sərmayələri olan Şirkət, siyasət qeyri-müəyyənliklərinə qarşı hazır olmağı hədəfləyir.Cənubi Koreyalı Hyundai Motor, Şirkətin ABŞ üzrə Baş direktoru və qlobal əməliyyatlar üzrə baş direktoru Xose Munozu (Jose Munoz) şirkətin yeni Baş direktoru təyin edib. Şirkətin top menecmentinə əcnəbi menecerin təyin edilməsi Cənubi Koreya şirkəti üçün diqqətəlayiq detal hesab olunur.
Marja xəbər verir ki, bu lider dəyişikliyi ABŞ-da böyük sərmayələr yatırmış Cənubi Koreya şirkətlərinin Donald Trampın ikinci prezidentliyinə hazırlaşdığı dövrə təsadüf edib.
Hyundai bildirib ki, idarəetmə dəyişikliyi "onun qlobal rəqabət qabiliyyətini artıracaq" və "qlobal biznes mühitində qeyri-müəyyənliklərə daha yaxşı hazırllaşmağa töhfə verəcək". Hazırda Hyundai-nin üç birgə Baş direktoru var. Moncu 4-cü Baş direktor olacaqdır.
Munoz bu vəzifəni Euisun Chung, Lee Dong-seok və avtomobil bölməsinə nəzarət edən qrup vitse-prezidenti Chang Jae-hoon ilə birlikdə icra edəcəkdir.
Trampın Şimali Koreya lideri Kim Jong Un ilə ilk görüşündə iştirak edən keçmiş ABŞ diplomatı Sung Kim qlobal xarici siyasətdən məsul prezident təyin edilib.
ABŞ-da elektrikli avtomobil satışında Tesla-dan sonra ikinci yerdə olan Hyundai və Kia, Trampın idxal tariflərini və elektrikli avtomobil subsidiyalarını azaltma vədlərindən ciddi şəkildə təsirlənəcəklərini gözləyərək tədbirlər görür.
Həmçinin Tramp, Kia-nın zavodunun olduğu Meksikadan gətirilən avtomobillərə 200 faizlik rüsum tətbiq etməyi düşünür.
İspaniya əsilli və ABŞ vətəndaşı olan Munoz 2019-cu ildə Hyundai şirkətinə qoşulub və "Hyundai Motor USA" şirkətinin baş direktoru vəzifəsində çalışıb. Munoz Hyundai-nin elektrikli avtomobillərə olan bağlılığını artırmaqla və satışlarının artmasına əhəmiyyətli töhfələr verməklə tanınır.
Hyundai məsələ ilə bağlı açıqlamasında belə deyib:
“Munoz Hyundai Motor-un koreyalı olmayan ilk Baş direktoru təyin edilib. Şirkətin qlobal idarəetmə sistemlərini təkmilləşdirməsi və qlobal brend statusunu yüksəltməsi gözlənilir".
Hyundai bildirib ki, Munoz ikinci Tramp administrasiyasının yarada biləcəyi çətinliklərin öhdəsindən gəlməkdə mühüm rol oynayacaq.
Son illərdə Hyundai ABŞ-da administrasiya dəyişikliyi nəticəsində yarana biləcək siyasət qeyri-müəyyənliklərinə hazırlaşmaq üçün “Qlobal Siyasət Ofisi”nə bir çox Cənubi Koreyalı keçmiş diplomatları işə götürüb.
Yanvar ayında Hyundai-nin qlobal ticarət və xarici əlaqələr strategiyalarını dəstəkləmək üçün Sung Kimi məsləhətçi kimi işə qəbul edib.
Hyundai, ABŞ-ın Corciya ştatında 12,6 milyard dollarlıq elektrik avtomobili və akkumulyator batareyası istehsalına sərmayə qoyub və bu, Cənubi Koreyadan kənarda ən böyük sərmayəsi olub. Bununla belə, Trampın keçid komandası elektrikli avtomobil alışı üçün 7500 dollar vergi güzəştini ləğv etməyi planlaşdırır. Munoz bir vaxtlar Carlos Ghosn-un işdən çıxarılmasından sonra Yapon avtomobil istehsalçısı Nissan-ın sükanı ələ keçirməyə potensial namizəd kimi göstərilirdi.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
6 d. əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
-
53 d. əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
57 d. əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
1 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
Ən çox oxunanlar
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
Azərbaycanda qızıl və mis istehsalçısının ixracı 4 dəfədən çox artıb
Bakı–Tbilisi–Qars dəmir yolu modernləşdirilmədən sonra istifadəyə verildi, qatar yola düşdü




















.jpg)




