ABŞ-ın çip istehsalçısı Nvidia gəlirini təxminən iki dəfə artırıb
Kaliforniyada yerləşən çip istehsalçısı Nvidia-nın gəliri 3 aylıq dövrdə illik müqayisədə təxminən 2 dəfə artaraq 35,1 milyard dollar təşkil edərək bazar gözləntilərini üstələyib.
Marja xəbər verir ki, Nvidia, balansında 2025-ci maliyyə ilinin üçüncü rübü olaraq qəbul etdiyi 27 oktyabrda sona çatan 3 aylıq dövr üçün maliyyə nəticələrini açıqlayıb. Bu dövrdə şirkətin gəliri ötən ilin 3-cü rübü ilə müqayisədə 94 faiz artaraq 35,1 milyard dollar təşkil edib. Nvidia keçən ilin eyni dövründə 18,1 milyard dollar gəlir əldə etmişdi. Bazar proqnozu Nvidia-nın bu dövrdəki gəlirinin 33,2 milyard dollar olacağı idi.
Nvidia gəlirini ikinci rüb ilə müqayisədə 17 faiz artırıb.
Çip istehsalçısı 4-cü rüb üçün gəlir proqnozunu 37,5 milyard dollar olaraq açıqlayıb. Bu, bazar proqnozlarından aşağı olan satış hədəfidir. Bazar proqnozlarında ən yüksək gözlənti 41 milyard dollardır.
Şirkətin səhmləri 2024-cü ildə təxminən 200 faiz artaraq Nvidia-nı dünyanın ən dəyərli şirkəti edib. Lakin çip istehsalçısı bu il məhsullarına olan tələbatı ödəməkdə çətinlik çəkib və istehsal gücü problemləri ilə üzləşib.
Şirkətin mənfəəti 109 faiz artıb
Nvidia-nın xalis mənfəəti sözügedən rübdə illik 109 faiz artaraq 19,3 milyard dollar təşkil edib. İllik müqayisədə mənfəətini iki dəfədən çox artıran şirkət ötən ilin eyni dövründə 9,2 milyard dollar mənfəət əldə etmişdi.
Nvidia-nın 2024-cü maliyyə ilinin üçüncü rübündə 37 sent olan səhmbaşına qazancı bu dövrdə 78 sentə yüksəlib.
Şirkətin mənfəəti bazar gözləntilərini üstələyib.
Nvidia-nın qurucusu və baş icraçı direktoru (CEO) Jensen Huang, maliyyə nəticələri ilə bağlı verdiyi açıqlamada süni intellekt əsrinin sürətlə davam etdiyini bildirib.
Süni intellektin hər sektoru, şirkəti və ölkəni dəyişdirdiyini qeyd edən Huang, "Süni intellektdəki irəliləyişlər ilə sənaye robot texnikasına investisiyaları artırır. Ölkələr öz milli süni intellekt və infrastrukturlarını inkişaf etdirməyin vacibliyini başa düşürlər" deyib.
Nvidia-nın satışlarının təxminən iki dəfə artdığı rübdən sonra, investorlar və analitiklər illik 140 milyard dollar gəlir əldə edən çip istehsalçısının bu artımı nə qədər davam etdirə biləcəyini müzakirə edirlər. Bu gözləntilər Nvidia-nın növbəti nəsil süni intellekt çipinə əsaslanan “Blackwell” server məhsulları ailəsindən asılıdır.
CEO Jensen Huang və CFO Colette Kress çərşənbə günü analitiklərlə təqdimat zamanı Blackwell-in buraxılışının necə irəlilədiyi barədə bəzi yeni məlumatları paylaşıbılar. İkili, işlərin planlaşdırıldığı kimi davam etdiyini vurğulasa da, növbəti bir neçə rübdə Blackwell satışlarının Nvidia-nın çip və istehsal gücü ilə məhdudlaşacağını bildiriblər.
Huang və Kress, həmçinin göndərmədə gecikmələr ilə bağlı narahatlıqlara toxunublar. Onlar izah ediblər ki, Nvidia bu problemləri həll etmək üçün sistemlərində davamlı mühəndis dəyişiklikləri edir. Şirkət çərşənbə günü təsdiqləyib ki, Blackwell çipləri artıq ən mühüm müştərilərinə çatdırılıb. Microsoft, Oracle və OpenAI sosial media hesablarında Blackwell əsaslı serverlərin fotolarını paylaşdılar. Şirkət həmçinin müştərilərə 13 000 Blackwell çipinin göndərildiyini bildirib.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
-
3 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
5 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
6 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 7 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır






.jpg)
.jpg)





.jpg)







.jpg)




