Fermer təsərrüfatı “Çipsi” istehsal edəcək
Qazaxda fəaliyyət göstərən “Birinci Şıxlı” kəndli-fermer təsərrüfatı gələn il təsərrüfatda “Çipsi” kartof sortunun əkilməsini planlaşdırır/
Təsərrüfatdan verilən məlumata görə, həmin vaxtadək təsərrüfatda “Çipsi” istehsalı üçün müəssisənin yaradılması nəzərdə tutulmuşdur.
“Birinci Şıxlı” kəndli-fermer təsərrüfatı böyük kartof sahələrinə malikdir. Artıq rkartof yığımına başlanılmışdır. İlkin göstıricilər ürəkaçandır. Hər hektardan 40-45 ton məhsul götürülür.
“Birinci Şıxlı” kəndli-fermer təsərrüfatının yaradılmasına 2016-cı ilin mayından başlanılıb və həmin ilin oktyabr ayında fəaliyyətə başlayıb. Təsərrüfatın ümumi sahəsi 151 hektardır. Burada məhdud məsuliyyətli cəmiyyət üçün inzibati bina, tutumu 2 min ton olan anbar tikilib, həmçinin 250 kvadratmetr sahədə texnika üçün park inşa edilib, kartof, soğan, kök və digər tərəvəz məhsullarının təmizlənməsi, yuyulması, qurudulması, çeşidlənməsi və qablaşdırılması üçün ərazisi 600 kvadratmetr olan istehsal sahəsi də yaradılıb, 20-dək müxtəlif növ maşın-mexanizm alınıb. Təsərrüfatın məhsulları ilk növbədə daxili bazar üçün nəzərdə tutulmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 29 d. əvvəl
-
39 d. əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
-
1 saat əvvəl
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
-
1 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı
Sərdar Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi olub
“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb
Avropa LNG bazarında ABŞ dominantlığı: pay 60 faizə yaxınlaşıb
“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir - QİYMƏTLƏR
























