Qlobal silah satışı 4,2 faiz artaraq 632 milyard dollara çatıb
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI), 2023-cü ildə dünyanın ən böyük 100 müdafiə sənayesi məhsulları istehsalçısının silah satışlarını 4,2 faiz artıraraq 632 milyard dollara çatdırdığını açıqlayıb. Artım müharibələrin və regional gərginliklərin artması ilə əlaqədardır. BVF-nin məlumatına görə, 2023-cü ildə qlobal iqtisadiyyat 3,1 faiz artıb. Beləliklə, silah sənayesindəki artım qlobal iqtisadi artımı üstələyib.
Marja xəbər verir ki, SIPRI, siyahıda yer alan ABŞ istehsalçılarının satışlarını 2,5% artıraraq 317 milyard dollara çatdığını açıqlayıb. Bu artım 2022-ci ildə silah satışlarının 3,5 faiz azalmasının ardınca baş verir ki, SIPRI azalmanı işçi qüvvəsi çatışmazlığı, təchizat zəncirinin pozulması və artan xərclər ilə əlaqələndirmişdi.
Bir çox şirkətlər Rusiyanın Ukraynaya hücumu səbəbindən artan tələbatı ödəməkdə çətinlik çəkirlər.
SIPRI hesabatında Türkiyədən üç şirkət dünyanın ən yaxşı 100 silah istehsalçısı arasında yer alıb. Üç şirkətin silah satışından əldə etdiyi ümumi gəlir 24 faiz artaraq 6 milyard dollara çatıb.
Bildirilib ki, Ukrayna müharibəsində Türkiyə istehsalı olan silahlı pilotsuz uçuş aparatlarından istifadə edilməsi və müdafiə sənayesindəki lokallaşdırma səyləri gəlirlərin artmasının hərəkətverici qüvvəsi olub.
ASELSAN 2,44 milyard dollar gəlirlə siyahıda 54-cü yerdə qərarlaşıb. ASELSAN-ın gəlirlərinin 95,3 faizini silah satışı təşkil edib. Baykar 1,9 milyard dollar gəlirlə 69-cu yeri tutarkən, gəlirini əvvəlki ilə 45%-dən çox artıran TAI 1,7 milyard dollarla 78-ci yerə yüksəlib.
Avropa şirkətlərinin vəziyyəti
2023-cü ildə siyahıda yer alan Avropa şirkətlərinin (Rusiya istisna olmaqla) ümumi satışları təxminən dəyişməyərək 133 milyard dollar olub, lakin sifariş qəbulu artıb və bəzi şirkətlər Ukraynadakı müharibə ilə bağlı tələbat artımını müşahidə ediblər.
Bu ilin əvvəlində SIPRI 2023-cü ildə qlobal hərbi xərclərin 7 faiz artdığını, 2009-cu ildən bəri ən yüksək illik artım olduğunu bildirib.
Siyahıdakı Rusiya istehsalçıları, o cümlədən dövlətə məxsus Rostec 40 faizlik artımla 26 milyard dollara çatan ən böyük ümumi artıma sahib olub. SIPRI-nin tədqiqatçısı Lorenzo Skarazato deyib: “Ən yaxşı 100 silah istehsalçısının silah gəlirləri hələ də tələbin miqyasını tam əks etdirmir və bir çox şirkətlər işəgötürmə kampaniyalarına başlayıblar ki, bu da onların gələcək satışlara nikbin olduğunu göstərir”.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
3 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
4 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
6 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 7 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır







.jpg)




.jpg)









.jpg)


