Milyarderlərin sərvəti bir ildə 17 faiz artıb - 2682 NƏFƏRİN 14 TRİLYON DOLLARI VAR
Ötən il dünya üzrə milyarderlərin sərvəti təxminən 17 faiz artaraq 14 trilyon dollara çatıb. İsveçrənin UBS bankının hesabatına görə, milyarderlərin sayı keçən ilki 2544 nəfərdən 2024-cü ildə 2682 nəfərə yüksəlib.Ötən il dünya üzrə milyarderlərin sərvəti təxminən 17 faiz artaraq 14 trilyon dollara çatıb.
Marja.az xəbər verir ki, İsveçrənin UBS bankı tərəfindən bu gün dərc edilən "UBS Billionaire Goals Report 2024" hesabata görə, bu artıma, ABŞ-da super zənginlərin əldə etdiyi qazancların Çindəki azalmanı daha çox kompensasiya etməsi səbəb olub.
Hesabata görə, milyarderlərin sayı əvvəlki ildəki 2544 nəfərdən 2024-cü ildə 2682 nəfərə yüksəlib. 2015-ci ildə ümumi sərvəti 6,3 trilyon dollar olan milyarderlərin builki sərvəti, dünya əhalisinin kiçik bir hissəsində nə qədər sərvətin cəmləşdiyini bir daha ortaya qoyub.
Builki yeni milyarderlərin çoxu sərvətlərini özləri yaradıblar. UBS-in 2023-cü il hesabatı yeni milyarderlərin daha çox miras yolu ilə varlandığını müəyyən etmişdi.
İyun-sentyabr ayları arasında aparılan sorğuya və super varlılara dair sərvət məlumatlarına əsaslanan hesabat, milyarderlərin ən böyük narahatlığının geosiyasi münaqişə və inflyasiya riski olduğunu göstərib. Şimali Amerikanın gələn il ən yaxşı investisiya gəlirlərini təqdim edəcəyinə dair geniş konsensusun olduğu da bildirilib.
ABŞ-da milyarderlərin sayı və sərvəti artır
ABŞ-da milyarderlərin sayı 751-dən 835-ə yüksələrkən, onların ümumi sərvəti 4,6 trilyon dollardan 5,8 trilyon dollara qalxıb. Bu artımın böyük hissəsi sənaye və texnologiya nəhəngləri tərəfindən təmin edilib.
Çində kəskin azalma
Çində milyarderlərin sayı 520-dən 427-yə düşüb, onların ümumi sərvəti 1,8 trilyon dollardan 1,4 trilyon dollara geriləyib. 2021-ci ildə Çində ümumi sərvəti 2,5 trilyon dollardan çox olan 626 milyarder var idi. UBS rəsmisi Benjamin Cavalli bildirib ki, bu azalma daşınmaz əmlak bazarındakı itkilər və Çin iqtisadiyyatındakı qeyri-müəyyənliklərlə bağlıdır.
Hindistanda və Avropada vəziyyət
Hindistanda milyarderlərin sayı ötən illə müqayisədə 20 faizdən çox artaraq 185-ə çatıb. Milyarderlərin ümumi sərvəti 40 faizdən çox artaraq təxminən 906 milyard dollara yüksəlib.
Qərbi Avropada İsveçrə milyarderlərin sayına görə İngiltərəni ötüb və Almaniyadan sonra ikinci yerə yüksəlib. İsveçrədə milyarderlərin sayı 10 nəfər artaraq 85-ə çatıb.
Milyarderlərin sayı Fransada 46 (+12), Almaniyada 117 (+8), İtaliyada 62 (+6), İspaniyada 27 (+3) nəfərə yüksəlib. Bununla belə, İngiltərədə milyarderlərin sayı bir nəfər azalaraq 82-yə düşüb. Fransız milyarderlərinin ümumi sərvəti Avropada ən yüksək həddə çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
-
8 saat əvvəl
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
-
10 saat əvvəl
33 min 615 baş heyvanın alınmasına 89,8 milyon manat məbləğində güzəşt tətbiq edilib
-
11 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15% olan istiqrazlar ticarətə buraxılacaq - TARİX
- 11 saat əvvəl
-
11 saat əvvəl
"Dino Park": 3 və daha çox uşağı olan ailələr üçün 20% endirim tətbiq olunacaq
-
11 saat əvvəl
Süd məhsullarının istehsalçılarına ubsidiyaların verilməsi planlaşdırılır
-
11 saat əvvəl
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
-
11 saat əvvəl
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
-
12 saat əvvəl
Qızılın qiyməti üzrə dünyanın ən yaxşı proqnoz verən qurumları - SİYAHI
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
Ən çox oxunanlar
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
"Azər-Türk Bank"ın kredit reytinqləri təsdiqlənib - BANK YENİ STRATEGİYA HAZIRLAYIR









.webp)


.jpg)













.jpg)
