Azərbaycan tarixində ilk dəfə quruda 4400 m dərinlikdə üfüqi quyu qazılacaq
"GL Group" şirkəti Azərbaycan tarixində ilk dəfə olaraq quruda yerləşən dərin neft laylarına çatmaq üçün 4400 metr dərinlikdə planlaşdırılmış yanal uzunluğu təxminən 400 metr olan üfüqi neft quyusu qazacaq.
Şirkətin yaydığı məlumatda bildirilir ki, qeyd olunan üfüqi quyunun qazılması Salyan rayonundakı “Kürsəngi” və “Qarabağlı” yataqlarında qazma işlərində yaranmış 14 illik fasiləyə son qoyacaq və həmin yataqlarda üç yeni mürəkkəb dərin quyunun qazılmasını nəzərdə tutan daha irimiqyaslı qazma təşəbbüsü çərçivəsində yerinə yetiriləcək.
Bu həftə GL Group həm yerli, həm də beynəlxalq qazma şirkətlərini dəvət edərək qazma xidmətləri üçün tender elan edib. Qazma işləri çərçivəsində GL Group-un Azərbaycanın neft-qaz sektorunda innovasiya və əməliyyat mükəmməlliyinə nail olmaq hədəflərini dəstəkləyən yeni texnologiyalardan istifadə ediləcək.
Bu ilin əvvəlində GL Group, özünün afilə şirkəti olan Taghiyev Operating Company əməliyyat şirkətinin istismar etdiyi “Buzovna-Maştağa” və “Qala” yataqlarında altı yeni quyunun qazma işlərini vaxtından əvvəl, insidentsiz və ətraf mühitə tam təsirsiz şəkildə başa çatdırıb. Hazırda bu altı quyuda hasilat ilkin proqnozları üstələyib və bu, GL Group-un əməliyyat səmərəliliyini və mükəmməl nəticələr əldə etmək prinsiplərinə sadiqliyini bir daha vurğulayır.
GL Group həmçinin özünün afilə şirkəti olan Salyan Oyl Limited əməliyyat şirkətinin istismar etdiyi “Kürsəngi” və “Qarabağlı” yataqlarında 19 il davam edən baza hasilat düşməsinə son quyub və hazırda əhəmiyyətli kapital sərmayələr qoymadan həyata keçirilən istismar səmərəliliyi proqramları sayəsində bu yataqlarda hasilat artımına da nail olub.
“Bu qazma proqramı GL Group üçün irəliyə doğru atılan mühüm addımdır. Qabaqcıl qazma metodlarının və əməliyyat səmərəliliyi təşəbbüslərinin vəhdəti regionda quruda yeni hasilat standartlarının müəyyənləşdirilməsi ilə nəticələnəcək,” - deyə GL Group-un Baş İcraçı Direktoru və Məşvərət Şurasının sədri Asif Zeynalov qeyd edib.
GL Group Azərbaycanın Salyan rayonunda “Kürsəngi” və “Qarabağlı”, Abşeron yarımadasında “Buzovna-Maştağa”, “Qala” və “Zirə” də daxil olmaqla beş neft və qaz yatağında əməliyyatlar aparır. Şirkətlər qrupunun portfelinə “Salyan Oil Limited” və “Taghiyev Operating Company” əməliyyat şirkətləri, həmçinin neft-qaz sənayesində texniki xidmətlər göstərən “GL Technical Services” şirkəti daxildir. GL Group 2024-cü ildə ilk beynəlxalq layihəsinə imza ataraq Türkiyənin Trakya hövzəsində yüksək perspektivli qaz yatağında 100% pay sahibi olan Kanadanın “Gazelle Energy Limited” şirkətinin 25 faiz payını satın alıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur










.jpg)










