“Lukoil”dən ETİRAF
"Çən deşilib və içinə qrunt suları axıb, operatorumuz da təcrübəsiz olub"Son günlər sosial şəbəkələrdə avtomobillərin yanacaq çənlərində su yığılması ilə bağlı şikayətlər geniş müzakirə mövzusu olub. Sürücülər narazılıqlarını ifadə edərək, problemin həlli üçün təcili tədbirlər görülməsini tələb ediblər.
Yayılan videogörüntülərdə yanacağın "Lukoil" yanacaqdoldurma məntəqəsindən (YDM) alındığı bildirilib. Görüntülərdə yanacaq çənindən su çıxması aydın şəkildə müşahidə olunub. Bu isə avtomobillərin mühərriklərinə ciddi ziyan vura bilər.
Qurumun Dövlət qurumları ilə iş üzrə meneceri Rahil Ağayev açıqlamasında faktı təsdiqləyib.
O qeyd edib ki, yaranmış problemlə bağlı ilk şikayət dekabrın 18-də daxil olub.
"Təəssüf ki, belə bir hadisə baş verib. Amma məsələ burada heç bir halda "Lukoil" YDM-də yanacağa su qatılmasından getmir. Əlbəttə ki, problem olubsa, biz müştərilərimizin bütün suallarına cavab verəcəyik.
Bu hadisənin baş verməsinə texniki qəza səbəb olub.
Əvvəlcə onu deyim ki, hadisə sosial şəbəkələrdə deyildiyi kimi bizdə 13 nömrəli YDM kimi tanınan, "Şamaxinka" ərazisindəki YDM-də yox, Azadlıq prospektində hamının "Qoşa yanacaqdoldurma məntəqəsi" kimi tanıdığı ərazidə, üzü mikrorayona gedən istiqamətdə yolun sağ tərəfindəki 19 saylı YDM-də baş verib.
Deməli, yağan yağışlarla əlaqədar çənin birində qəza olub, çən deşilib və içinə qrunt suları axıb. Aİ-95 markalı yanacaq da məhdud olduğuna görə həmin vaxt orada olan operatorun təcrübəsizliyindən dibinə su çökən çən tam olaraq doldurulub. Yəni bilərəkdən heç kim yanacağa su qatmayıb. Bu, sadəcə texniki qəzadır. Operatorlar o çəni tam olaraq doldurmalı deyildilər. Hazırda bu məsələ araşdırılır. Ziyan çəkən hər bir müştərimizin ziyanı şirkət tərəfindən qarşılanacaq, yəni sürücülərə dəyən zərər kompensasiya olunub və hazırda da olunur", - deyə R.Ağayev vurğulayıb.
Sürücüyə dəyən ziyanın müəyyən edilməsi məsələsinə gəlincə isə, o qeyd edib ki, müraciət edən hər kəsin məlumatları yoxlanılır.
"YDM-də kameralar var. Sürücü vaxtı, saatı deyir, kameralarla baxırıq, dəqiqləşdiririk. Bundan sonra avtomobilin aparıldığı servislə əlaqə yaradılır, xərclər dəqiqləşdirilir və ödənilir. Bu barədə heç kimin şübhəsi olmasın. "Lukoil" elə bir şirkət deyil ki, öz müştərilərinə benzinlə bərabər su satsın.
Hazırda araşdırmalarımız davam edir. Bu günə kimi bizə 20 nəfər müraciət edib və onların hər birinə kompensasiya ödənilib. Hamısının arayışı, işin görülməsi barədə aktı, servisin arayışı və ödənilən pullar barədə bütün sənədlər toplanılıb.
İndi də texnoloqlarımız hadisə yerində işləyirlər. Lazımi bütün işlər görülür. Eyni zamanda, günahkar şəxslərin müəyyən edilməsi prosesi də gedir",- deyə R.Ağayev bildirib.
© "Oxu.Az"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
-
6 d. əvvəl
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
-
- 13 d. əvvəl
- 26 d. əvvəl
- 47 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
Qanlı Göl yeni layihə əsasında abadlaşacaq
MİDA-da yeni təyinat olub
Ən çox oxunanlar
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
Bank sektorunda, o cümlədən kreditlərdə cüzi artım olub
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər
Expressbank növbəti ekoloji layihəyə tərəfdaşlıq edib
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR
26 dərəcə isti gözlənilir - Aprelin 3-ə olan hava proqnozu
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı
















