Silk Vey Vest Aviaşirkətinin istiqrazları PAŞA Kapital tərəfindən uğurla yerləşdirildi
(®) 23 dekabr 2024-cü il tarixində Bakı Fond Birjasında “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin anderrayteri olduğu " Silk Vey Vest Aviaşirkəti" MMC-nin 20 milyon ABŞ dolları dəyərində istiqrazlarının hərracı uğurla baş tutmuşdur.
"PAŞA Kapital" şirkətinin yaydığı məlumatda bildirilir ki, nominal dəyəri 1000 ABŞ dolları olan Silk Vey Vest Aviaşirkətinin istiqrazlarının hərrac nəticələri aşağıdakı kimidir:
-İnvestor sayı: 2 nəfər hüquqi, 11 nəfər fiziki şəxs;
-Ümumi sifariş sayı: 13;
-PAŞA Kapital vasitəsilə yerləşdirilən sifarişlərin sayı: 12;
-PAŞA Kapital vasitəsilə yerləşdirilən sifarişlərin həcmi: 20 184 600 ABŞ dollar;
-Digər investisiya şirkətləri tərəfindən yerləşdirilən sifarişlərin sayı: 1;
-Digər investisiya şirkətləri tərəfindən yerləşdirilən sifarişlərin həcmi: 200 000 ABŞ dollar.
PAŞA Kapital vasitəsilə Silk Vey Vest Aviaşirkətinin tədavül müddəti 3 il olan istiqrazlarını əldə edən investorlar rüblük ödəniş əsasında illik 5.5%-dək gəlir qazanacaqlar.
İlin dollarda yüksək gəlirli son fürsəti kimi qiymətləndirilən bu istiqrazların hərracı zamanı nəticələrdən də göründüyü kimi fiziki şəxslərin xüsusi aktivliyi qeydə alınıb. Bu və öncəki istiqraz layihələri də yerli kapital bazarlarında fiziki şəxslərin investisiya imkanlarına marağının davamlı olaraq artdığını göstərir.
PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətləri haqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya və ya www.pashacapital.az saytına daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
7 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur















.jpg)




