Azərbaycanın qeyri-neft-qaz ixracı cüzi artıb - 11 AYDA CƏMİ 3,1 MİLYARD DOLLAR GƏLİR
“İxrac icmalı”nın dekabr sayı dərc olunub. Cari ilin 11 ayında ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (186,6 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pambıq mahlıcı (168,9 milyon ABŞ dolları) ikinci, tomat (155,4 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın dekabr sayını təqdim edib.
Marja xəbər verir ki, İcmala əsasən, 2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın qeyri-neft-qaz ixracı 2023-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,9% artaraq 3,1 milyard ABŞ dolları təşkil edib. 2024-cü ilin yanvar-noyabr ayları ərzində yeyinti məhsullarının ixracı 12,3% artaraq 923 milyon ABŞ dollarına bərabər olub.
Cari ilin 11 ayı ərzində ixrac olunan şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 65,4% artaraq 37,5 milyon ABŞ dolları, pambıq lifi 52,6% artaraq 170 milyon ABŞ dolları, bitki mənşəli yağlar və piylər 32% artaraq 25,5 milyon ABŞ dolları, qiymətli metallar 29% artaraq 189,8 milyon ABŞ dolları, kimya sənayesi məhsulları 19,6% artaraq 265,6 milyon ABŞ dolları, spirtli və spirtsiz içkilər 13,5% artaraq 64,4 milyon ABŞ dolları, çay 1,6% artaraq 6 milyon ABŞ dolları, qara metallar 1,9% artaraq 48,2 milyon ABŞ dolları, alüminium və ondan hazırlanan məmulatlar 1,5% artaraq 182,7 milyon ABŞ dolları təşkil edib.
2024-cü ilin yanvar-noyabr ayları ərzində aqrar məhsulların ixracı 4,4% artaraq 701,7 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracı 58,3% artaraq 287,3 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 15,9% artaraq 988,9 milyon ABŞ dolları təşkil edib.
Cari ilin 11 ayında ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (186,6 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pambıq mahlıcı (168,9 milyon ABŞ dolları) ikinci, tomat (155,4 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
Hesabat dövründə Rusiya Federasiyasına 1,1 milyard ABŞ dolları, Türkiyəyə 507,1 milyon ABŞ dolları, Gürcüstana 252,9 milyon ABŞ dolları, İsveçrəyə 193,6 milyon ABŞ dolları, ABŞ-yə isə 129,6 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2024-cü ilin noyabr ayında ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında xurma (33,6 milyon ABŞ dolları) birinci, qızıl (23,2 milyon ABŞ dolları) ikinci, meşə fındığı (18,9 milyon ABŞ dolları) üçüncü olub.
Cari ilin noyabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (111,2 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (30,1 milyon ABŞ dolları) ikinci, İsveçrə (24,7 milyon ABŞ dolları) üçüncü olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 12 saat əvvəl
- 1 gün əvvəl
-
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti













.jpg)











