Keyfiyyətinə görə dünyada İtaliya mərməri ilə müqayisə olunan Daşkəsən mərməri
Sahibkar: “Karxanamızda çıxardığımız xammala yerli bazarda tələbat olduqca yüksəkdir. Buradan çıxarılan məhsul sifariş əsasında yerli istehsal müəssisələrinə göndərilir”Daşkəsən rayonu tarixən filiz yataqları ilə yanaşı, qeyri-filiz yataqları ilə də zəngin olub. Burada çıxarılan mərmər dünyada tanınmış İtaliya mərməri ilə müqayisə edilib. Bu gün də Daşkəsən mərmərinə keyfiyyətinə görə yerli və xarici bazarlarda maraq var.
Bölgə müxbiri Daşkəsən dağlarında yerləşən mərmər karxanalarında olub, mərmərin çıxarılması prosesini müşahidə edib.
Karxananın baş ustası Habil Qasımov dağın xüsusi texnika ilə kəsilərək, mərmər daşların istehsal edildiyini deyib: “20 ilə yaxındır ki, mərmər karxanalarında çalışıram, olduqca mürəkkəb və çətin işdir. Əvvəlcə xüsusi texnikalar vasitəsilə yatağın ehtiyatları dəqiqləşdirilir. Sonra xüsusi ağır texnikalar vasitəsi ilə xammal kəsilərək çıxarılır. Hazırda bizim işlədiyimiz karxanadakı ağ mərmərdir. Təbii ki, digər karxanalarda mərmərin başqa rənglərdə olan növlərini də çıxarırlar”.
Karxanalardan çıxarılan xammal yerli istehsal müəssisələrinə göndərilir. Burada istehsal edilən mərmərdən qəbirüstü abidələrin, abidə və heykəllərin, barelyeflərin və s. işlərin hazırlanmasında istifadə olunur.
“Karxanamızda çıxardığımız xammala yerli bazarda tələbat olduqca yüksəkdir. Təbii ki, bu tələbatın daim olması üçün keyfiyyətli xammal çıxarmağa çalışırıq. Buradan çıxarılan məhsul sifariş əsasında yerli istehsal müəssisələrinə göndərilir”, - deyə sahibkar Sərxan Abdullayev deyib.
Sahibkar bildirib ki, hələ uzun illər Daşkəsən mərməri yerli bazarda liderliyini qoruyacaq. Gələcək hədəflər arasında isə dünya bazarına çıxmaq da var.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
4 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur

















.jpg)



