"Kapital Bank"dan 186,5 milyon manat xalis mənfəət!
"Kapital Bank" ASC 2024-cü ili 186 milyon 501 min manat xalis mənfəət ilə başa vurub. Bank 2023-cü ili 242 milyon 209 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il "Kapital Bank"ın xalis mənfəəti 55 milyon 708 min manat və ya 23% azalıb. Xalis mənfəətin düşməsi ötən il mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara daha böyük məbləğdə vəsait ayrılması ilə əlaqədardır.
GƏLİRLƏRİ ARTIB
Marja.az Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, 2024-cü ildə "Kapital Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 1 milyard 474 milyon 909 min manat, cəmi əməliyyat xərcləri 1 milyard 54 milyon 481 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 420 milyon 427 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 159 milyon 119 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb.
Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə "Kapital Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 1 milyard 180 milyon 359 min manat, cəmi əməliyyat xərcləri 763 milyon 252 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 417 milyon 107 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən 104 milyon 703 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlaraayrırmışdı.
Göründüyü kimi, ötən il az da olsa "Kapital Bank"ın əməliyyat mənfəəti artsa da, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayrılan vəsaitin artması Bankın xalis mənfəətinin düşməsinə səbəb olub.
2024-cü ildə "Kapital Bank"ın cəmi əməliyyat gəlirlərinin 294 milyon 550 min manat artmasına qarşılıq, cəmi əməliyyat xərcləri 291 milyon 229 min manat artıb. Gəlirlərdəki artımın xərclərdəki artımdan cəmi 3 milyon 321 min manat çox olması əməliyyat mənfəətinin də bir bu qədər artmasına səbəb olub.
CƏMİ AKTİVLƏRİ 2,7 MİLYARD MANAT ARTARAQ 11 MİLYARD MANATI KEÇİB
"Kapital Bank"ın cəmi aktivləri 2024-cü ildə 2023-cü illə müqayisədə 2 milyard 712 milyon 644 min manat və ya 31,3% aratarq 31 dekabr 2024-cü il tarixində 11 milyard 372 milyon 270 min manat təşkil edib. Bank 2023-cü ilin sonunda 8,659,626 min manat cəmi aktivlərə malik idi.
KREDİT PORTFELİ VƏ QİYMƏTLİ KAĞIZLARA İNVESTİSİYALARI ARTIB
O cümlədən, keçən il "Kapital Bank"ın kredit porfeli (müştərilərə verilmiş kreditlər) 939 milyon 385 min manat və ya 22% artaraq 5 milyard 211 milyon 208 min manata çatıb. Ötən il Bankın ticarət və investisiya qiymətli kağızlara investisiyaları (əks-repo daxil) 2 dəfəyə yaxın artaraq 3 milyard 110 milyon 743 min manata yüksəlib.
DEPOZİT PORTFELİ 9 MİLYARD MANATA YAXINLAŞIB
2024-cü ildə "Kapital Bank"ın cəmi depozit portfeli 2 milyard 656 milyon 715 min manat və ya 42% artaraq 31 dekabr 2024-cü il tarixində 8 milyard 978 milyon 334 min manata çatıb.
1 MİLYARD MANATA YAXIN MƏCMU KAPİTALI VAR
31 dekabr 2024-cü il tarixində "Kapital Bank" ASC 976 milyon 627 min manat məcmu kapitala yaxın olub. Bank 2023-cü ilin sonunda 833 milyon 95 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
4 d. əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin 2-ci mərhələsi başa çatıb
-
24 d. əvvəl
Unibank enerji effektivliyi üzrə EMTA ilə əməkdaşlıq müqaviləsi imzaladı
-
-
30 d. əvvəl
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
- 42 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Subasma nəticəsində 18 135 AZN zərərə uğramış mənzilin xərci qarşılanıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Un istehsalçılarının topdansatış qiymətləri açıqlanıb
Premium Bank 3 mühüm nominasiya üzrə mükafatlandırılıb
Bakıda qarajların orta qiyməti martda 5 %-ə yaxın artıb
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
“Qaradağ Tikinti Materialları”na yeni investorların cəlb edilməsi, fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulur
15 tələbə Azercell-dən təqaüd qazandı
“İran bir gecədə yox edilə bilər və o gecə sabah gecə ola bilər”
İran ABŞ-ın atəşkəs təklifini rədd edərək münaqişənin birdəfəlik dayandırılmasını tələb edib



















