ABŞ Prezidenti Cənubi Koreyaya silah satışına razılıq verib
ABŞ Prezidenti Trump, Şimali Koreyanın hidrogen bombası sınağı ilə əlaqədar olaraq Cənubi Koreya Prezidenti Mun və Almaniyanın Baş Naziri Merkel ilə telefonda danışıb.
ABŞ Prezidenti Donald Trumpın, Cənubi Koreyanın raket daşıma gücü üzərindəki məhdudiyyətlərin qaldırılmasına və bu ölkəyə milyardlarla dollarlıq yeni silah satışına razılıq verib.
"Marja" xəbər verir ki, Ağ Evdən verilən iki ayrı yazılı açıqlamada, Trumpın, Şimali Koreyanın 3 Sentyabrdakı hidrogen bombası sınağına dair Cənubi Koreyanln Dövlət başçısı Moon Jae-in və Almaniyanın Baş naziri Angela Merkel telefon danışıqları apardığı, liderlərin Şimali Koreya təhlükəsinə qarşı birgə davranış içində olunduğu bildirilib.
Trump-Moon danışığında Şimali Koreyanın bütün dünyaya qarşı bir təhdid yaratdığı qeyd edilib. "İki lider, əllərindəki bütün vasitələrdən istifadə edərək Şimali Koreya üzərindəki təzyiqinin artırılması məsələsində razılaşın" -açıqlamada bildirilir.
Açıqlamada, ABŞ ilə Cənubi Koreya arasında birgə hərbi gücün artırılmasının da gündəmə gəldiyi qeyd edilərək, "Prezident Trump, Cənubi Koreyanın raket daşıma gücü üzərindəki məhdudiyyətlərin qaldırılması məsələsində prinsipdə razılıq verib. Eyni zamanda, Trump, ABŞ-dan Cənubi Koreyaya milyardlarla dollarlıq silah satışı məsələsində də konseptual olaraq razılıq verib" məlumatı verilib.
Trump ilə Merkel arasındakı danışığa dair açıqlamada isə "Hər iki lider, Şimali Koreyanın davam edən biganə və təhlükəli addımını pisləyiblər",- deyə bildirilib.
Danışıq zamanı Şimali Koreyaya qarşı bütün variantların masada olduğu qeyd olunub.
Şimali Koreya 3 Sentyabr günü qitələrarası balistik raket uyumlu hidrogen bombası sınağı etdiyini bildirmişdi. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası (BMGK) məsələ ilə bağlı təcili iclas çağırmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
7 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
7 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























