“McDonald's Azərbaycan” IMEC olimpiadasında iştirak edən şəhid və qazi övladlarına dəstək oldu - FOTO
Azərbaycanın gənc istedadları Beynəlxalq Riyaziyyat İmtahan Mərkəzinin təşkil etdiyi IMEC (International Mathematics Examination Competition) Beynəlxalq Riyaziyyat Olimpiadasının seçim turunda iştirak ediblər.
Azərbaycanda keçirilmiş yerli seçim mərhələsində 2500 məktəbli, o cümlədən 44 günlük Vətən müharibəsinin şəhid və qazilərinin ailələrindən olan 23 məktəbli iştirak edib. Olimpiadada iştirak edən şəhid və qazi ailələrindən olan məktəblilərin qeydiyyat xərclərini tam olaraq “McDonald's Azərbaycan” şirkəti qarşılayıb.
İştirakçılar arasında, xüsusilə , şəhid polkovnik-leytenant Əkrəm Şadmanovun oğlu Araz Şadman zadə uğurla iştirak edərək qızıl medal qazanıb. Araz aprel ayında Avstraliyanın Sidney şəhərində keçiriləcək olimpiadanın final mərhələsində Azərbaycanı təmsil edəcək, qaliblər sırasına daxil olub. “McDonald's Azərbaycan” Arazın bu nüfuzlu yarışda iştirak və səfər xərclərini öz üzərinə götürüb.
Bundan əlavə, şəhid və veteran ailələrindən olan üç iştirakçı gümüş, dörd iştirakçı isə bürünc medala layiq görülüb. “McDonald's Azərbaycan”ın təşəbbüsü və maliyyə dəstəyi ilə bu uşaqların “Sea Breeze”də keçiriləcək yay təhsil düşərgəsində iştirakı qərara alınıb. Burada onlar həm istirahət edə, həm də dəyərli bilik və bacarıqlar əldə edə biləcəklər.
Bu dəstək “McDonald's Azərbaycan” şirkəti ilə Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində həyata keçirilir. İmzalanan memorandum korporativ sosial məsuliyyət layihələrinin həyata keçirilməsi üçün uzunmüddətli və səmərəli münasibətlərin qurulması və inkişafı məqsədilə əməkdaşlığın çərçivələrini müəyyən edir. Anlaşma Memorandumu həmçinin 44 günlük Vətən müharibəsi zamanı canından keçmiş şəhidlərin və müharibə veteranlarının övladlarına dəstək məqsədilə bir sıra birgə təşəbbüslərin həyata keçirilməsi üçün əsas rolunu oynayır.
“McDonald's Azərbaycan” gənc nəslə inkişaf etmək və potensiallarını üzə çıxarmaq üçün imkanlar yaratmaqla korporativ sosial məsuliyyət missiyasını davam etdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
14 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur










.jpg)





.jpg)


