“SİMA İmza” herrac.gov.az portalına inteqrasiya edilib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza “Elektron Hərrac Portalı”na inteqrasiya olunub.
İnteqrasiya nəticəsində herrac.gov.az portalında keçirilən elektron hərraclarda protokolların “SİMA İmza” mobil tətbiqi sayəsində məsafədən imzalanması mümkün olub. Vətəndaşlar portala daxil olduqdan sonra məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı hərraca çıxarılan avtomobil, mənzil, qeyri-yaşayış sahəsi, fərdi yaşayış evi və s. satışı ilə bağlı hərraclarda iştirak edə bilərlər.
Hərrac başa çatdıqdan sonra tərəflər qanunla müəyyən edilmiş müddətdə protokolu “SİMA İmza” ilə imzalayırlar. Protokol imzalandıqdan sonra bu barədə hərrac iştirakçılarına elektron bildiriş göndərilir.
Xatırladaq ki, buna qədər vətəndaşların herrac.gov.az portalına digital.login vahid giriş sistemi üzərindən “SİMA İmza” ilə girişi təmin edilmişdi. Sonuncu inteqrasiya sayəsində isə hərrac prosesində təqdim olunan protokolların heç yerə getmədən, sürətli, rahat və etibarlı şəkildə “SİMA İmza” ilə imzalanması təmin olunub.
SİMA yeni nəsil rəqəmsal imza ilə vətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulur, qurumların iş yükü və xərcləri azalır. “SİMA İmza” mobil tətbiqini yükləməklə əldə olunan yeni nəsil rəqəmsal imza vətəndaşlar üçün ödənişsizdir. Daha ətraflı məlumatı sima.az saytından və “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
11 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
11 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
13 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 13 saat əvvəl
-
13 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























