PAŞA Holding-in təşkilatçılığı ilə Azərbaycanda ilk regional “LEGIS Hüquq Forum”u keçirildi - FOTOLAR
(®) 5 fevral 2025-ci il tarixində PAŞA Holding və onun törəmə şirkətləri tərəfindən təşkil edilən, hüquq sahəsində peşəkarları, ekspertləri və texnologiya liderlərini bir araya gətirən “LEGIS Hüquq Forum”u uğurla başa çatdı.
Sözügedən forum Azərbaycanda bu silsilədən ilk tədbir olaraq, dövlət rəsmiləri, özəl sektorun nümayəndələri, həmçinin 500-ə yaxın hüquq peşəkarını bir araya gətirən tədbir oldu.
Forumun məqsədi dövlət-özəl sektorları arasında hüquq mövzusu üzrə əməkdaşlığı daha da təşviq etmək, hüquq mütəxəssisləri üçün bilik mübadiləsi təşkil etmək, əsas qanunvericilik islahatlarını müzakirə etmək və mövcud hüquqi boşluqları dəyərləndirmək üçün dinamik bir platforma yaratmaq idi.
Tədbirin açılış mərasimində Azərbaycan Republikasının İqtisadiyyat Naziri Mikayıl Cabbarov, Azərbaycan Respublikasının Ədliyyə Naziri Fərid Əhmədov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, Azərbaycan Respublikasın Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, PAŞA Holding-in Baş icraçı direktoru Cəlal Qasımov, eləcə də PAŞA Holding-in Qrup üzrə Hüquq və Komplayens Departamentinin direktoru Aytac Qasımova çıxış ediblər.
PAŞA Holding-in Baş İcraçı direktoru Cəlal Qasımov çıxışında forumun əhəmiyyətini yüksək dəyərləndirib. "Ölkəmizdə ilk dəfə olaraq hüquq mövzusunda belə miqyasda keçirilir və bizim üçün bu forumun təşəbbüskarı və təşkilatçısı qismində çıxış eləmək həm çox sevindirici, həm də çox qürurverici haldır." - Cəlal Qasımov bildirib.
Qeyd edək ki, tədbir qlobal və yerli spikerlərin çıxışları ilə yadda qaldı. Forum çərçivəsində dövlət-özəl sektor əməkdaşlığının hüquqi aspektləri, arbitraj mexanizmlərinin artan rolu, hüquqi çərçivələrin gücləndirilməsi və texnologiyanın hüquq sahəsinə təsiri kimi aktual mövzular müzakirə edildi. Forum iştirakçıları arasında müasir hüquq sistemlərinin qarşılaşdığı çağırışlar və innovativ həll yolları üzərində dayanaraq, rəqəmsal ekosistemin inkişafı və hüquqla inteqrasiyası, eləcə də yeni texnologiyaların qanunvericiliyə təsiri mövzularında fikir mübadiləsi aparılıb.
Tədbirin ən maraqlı məqamlarından biri isə, robot Sofiyanın iştirakı oldu. O, hüquq və innovasiyaların birgə inkişaf edərək gələcəyin qanunvericiliyini necə formalaşdıra biləcəyini nümayiş etdirdi.
LEGIS Hüquq Forumu, hüquq sahəsində yeni perspektivlər açaraq, bilik və təcrübə mübadiləsini təşviq etdi, eləcə də gələcək əməkdaşlıqlar üçün möhkəm zəmin yaratdı.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 27 d. əvvəl
-
42 d. əvvəl
"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"
-
1 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 2 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Qızılın qiyməti barədə iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər
- 10 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Rəsmi məzənnələr açıqlandı
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Qızılın qiyməti 5300 dolları da keçdi
Ən çox oxunanlar
Ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 10 milyard manatı keçib
Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ






















