Avropa “kərə yağı böhranı” yaşayır
Xərclər və qeyri-kafi istehsal səbəbindən bütün Avropada kərə yağı qiymətlərinin yüksək artım tempi həm istehlakçılar, həm də iqtisadi idarəetmə üçün problemə çevrilib. Supermarketlər hər müştəriyə dörd qutudan çox (hər biri 250 qram) kərə yağı satmır.Avropa Statistika İdarəsinin (Eurostat) məlumatına görə, Avropa İttifaqı ölkələrində kərə yağının qiymətləri 2025-ci ilin fevral ayında 2024-cü ilin fevral ayı ilə müqayisədə orta hesabla 30 faiz artıb. Federal Statistika İdarəsinin (Destatis) məlumatına görə, Avropada ən çox əhalisi olan Almaniyada kərə yağının istehsalçı qiyməti yanvar ayında illik müqayisədə 39,8 faiz artıb.
Marja.az-ın məlumatına görə, bundan əlavə, kərə yağı Avropada 250 qramlıq qablaşdırmada satıldığı üçün istehlakçılar geniş istifadə olunan bu məhsulu tez-tez almalı və qiymət dəyişikliyini daha çox hiss etməli olurlar. Bu vəziyyət inflyasiyanı aşağı salmağa yönəlmiş siyasətləri sarsıdır.
Supermarketlər kərə yağı satışına məhdudiyyət tətbiq edir
Qitədə istehlakçılar kərə yağı üçün tarixdə ən yüksək qiyməti ödəyirlər. Bir çox supermarketlər hər müştəriyə dörd qutudan çox (hər biri 250 qram) kərə yağı satmır. Bundan əlavə, bəzi supermarketlərdə kərə yağı, kürü kimi bahalı məhsulların olduğu xüsusi mühafizə olunan rəflərdə saxlanılır.
Polşa qiymətləri aşağı salmaq üçün dondurulmuş kərə yağı ehtiyatlarını satır
Almaniyanın qonşusu Polşada kərə yağının qiyməti siyasi gündəmdədir. Ölkədə kərə yağı lüks məhsula çevrildiyindən hökumət təcili tədbirlərə əl atıb. 2025-ci ilin mayında keçiriləcək prezident seçkiləri ərəfəsində artan qiymətləri kompensasiya etmək üçün Polşa hökuməti 2024-cü ilin dekabrında 1102 ton strateji kərə yağı ehtiyatını satacağını açıqlayıb. Polşa Strateji Ehtiyatlar Agentliyi, həmçinin duzsuz dondurulmuş kərə yağının kiloqramı 7 dollardan bizneslərə satılacağını bildirib.
Xərclər artır, istehsal azalır
Avropadakı fermerlər bahalı xammal və enerji, aşağı süd qiymətləri və yüksək nəqliyyat xərcləri ilə mübarizə aparır və bunun kərə yağı istehsalında qıtlığa səbəb olduğu bildirilir.
Bundan əlavə, son illərdə bütün Avropada qatılaşdırılmış yemdən (konsentratlı yemdən) istifadənin artması ilə südün yağ tərkibinin normadan aşağı düşməsi səbəbindən də yağ istehsalının azaldığı bildirilir.
Keçən il Avropa İttifaqında inəklərin sayı 20 milyondan aşağı düşərkən, Hollandiya və İrlandiya kimi əsas süd və yağ sənayesi olan ölkələrdə kənd təsərrüfatı siyasəti ilə bağlı şiddətli müzakirələr gedir.
Hökumətlərin iqlim siyasəti və artan xərclər səbəbindən Avropada fermerlərin etirazları artır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 saat əvvəl
-
1 saat əvvəl
“İran bir gecədə yox edilə bilər və o gecə sabah gecə ola bilər”
-
-
4 saat əvvəl
İran ABŞ-ın atəşkəs təklifini rədd edərək münaqişənin birdəfəlik dayandırılmasını tələb edib
-
5 saat əvvəl
10 nəfərdən ibarət komandası olan şirkət 400 milyon dollara satıldı
-
5 saat əvvəl
Bakı Fond Birjası listinq qaydalarını yenilədi - ƏSAS DƏYİŞİKLİKLƏR
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Belə gedərsə, biz bəlkə də ilin sonuna qədər 1 milyard rəqəminə də çatacağıq"
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Sitalçayda acınacaqlı vəziyyət - quşçuluq təsərrüfatları fəaliyyətlərini dayandırmaq üzrədilər"
-
7 saat əvvəl
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
-
7 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
15 tələbə Azercell-dən təqaüd qazandı
“İran bir gecədə yox edilə bilər və o gecə sabah gecə ola bilər”
Bakı Fond Birjası listinq qaydalarını yenilədi - ƏSAS DƏYİŞİKLİKLƏR
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Sitalçayda acınacaqlı vəziyyət - quşçuluq təsərrüfatları fəaliyyətlərini dayandırmaq üzrədilər"
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
“Invest-AZ” BDU-nun Qazax filialında seminar keçirib
Maydan Bakı–Belqrad–Bakı marşrutu üzrə uçuşlar başlayır - AZAL və “Air Serbia” tərəfdaşlığına başlayıb
Bakcell ilə ingilis dilini “Singit” tətbiqində öyrən



















