Bakı Fond Birjası və Pakistan Fond Birjası arasında memorandum imzalanıb
24 fevral 2025-ci il tarixində Bakı Fond Birjası (BFB) və Pakistan Fond Birjası (PSX) ikitərəfli əməkdaşlığın gücləndirilməsinə dair memorandum imzalayıblar.
BFB-nin yaydığı məlumata görə, Memorandum Pakistan Fond Birjasının Baş İcraçı Direktoru Farrux H. Sabzwari və Bakı Fond Birjasının İdarə Heyətinin sədri, Ruslan Xəlilov tərəfindən imzalanıb.
Virtual imzalanma mərasimində Bakı Fond Birjasının və Pakistan Fond Birjasının nümayəndə heyəti iştirak edərək, hər iki qurum əlaqələrin daha da möhkəmləndirilməsini və həmçinin müvafiq kapital bazarlarının inkişafına töhfə verəcəkəlirini vurğulayıblar.
Memorandumun məqsədi Pakistan və Azərbaycanın kapital bazarlarına dair əməkdaşlıq əlaqələrini gücləndirmək, hər iki ölkənin maliyyə xidmətləri sektorlarında qarşılıqlı inkişafı təşviq etməkdir.
BFB və PSX tərəfdaşlıq çərçivəsində bazar əməliyyatları, onların inkişafı və ən yaxşı tənzimləyici alətlər üzrə təcrübə mübadiləsi aparacaqlar. “Dual listinq”, ortaq məhsulların hazırlanması, bazar əməliyyatları və qaydaları haqqında təcrübələrin mübadiləsi əməkdaşlığın əsas istiqamətlərinə daxildir.
Memorandumun imzalanması ilə başlayan strateji tərəfdaşlığın Pakistan və Azərbaycanın maliyyə sektorunda daha sıx əlaqələrə yol açacağı, hər iki ölkədə ümumi iqtisadi artıma və investisiya mühitinə töhfə verəcəyi gözlənilir.
Memorandum Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
2 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur



















.jpg)
