Bakıda yeni sazişlər imzalandı
Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq4 mart tarixində Bakıda “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası (TBNM BA) Hüquqi Şəxslər Birliyinin Ümumi Yığıncağının iclası keçirilib.
ADY-nin yaydığı məlumatda bildirilir ki, iclasda assosiasiyaya üzv dövlətlərin dəmiryol administrasiyalarının rəhbərləri, nəqliyyat və logistika şirkətlərinin yüksək səviyyəli rəsmiləri daxil olmaqla ümumilikdə 10 ölkədən nümayəndə heyəti iştirak edib.
Tədbirdə Orta Dəhliz kimi tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun regional nəqliyyat bağlantısının əsas arteriyalarından biri kimi yüksəlişdə olduğu qeyd edilib.
Bildirilib ki, TBNM BA-ya üzv dövlətlər arasında sıx əməkdaşlıq çərçivəsində yük əməliyyatlarının idarə olunması üçün kompleks tədbirlər, o cümlədən müasir analitik informasiya sistemlərinə inteqrasiya və yüklərin real vaxt rejimində izlənməsi xidmətlərinin yaradılması həyata keçirilib. Sinqapurun “Global DTC” şirkətinin TBNM üçün “Digital Trade Corridor” multimodal platforması və “Fast Customs” platformasını təqdim etməsi ilə əməliyyatların şəffaflığı artırılıb və nəzarət mexanizmləri gücləndirilib.
Bakı–Tbilisi–Qars dəmiryol xəttinin yük ötürmə gücünün illik 1 milyon tondan 5 milyon tona çatdırılması və bu xətt üzrə yük əməliyyatlarının bərpa edilməsi xüsusilə qeyd olunub.
Tədbir iştirakçıları bildirib ki, əsas məqsəd yüklərin təhlükəsizliyini təmin etməklə, vahid tarifləri razılaşdırmaqla və yük axınının sürətini artırmaqla daşıma sisteminin səmərəliliyini artırmaqdır ki, bu da bütün tərəfdaşların tələbatını qarşılayacaq. Bu yanaşma Orta Dəhliz ölkələrinə uzunmüddətli perspektivdə uğur qazanmağa imkan verəcək.
Müzakirələrdən sonra TBNM BA Hüquqi Şəxslər Birliyinin TBNM-in inkişafı üzrə İşçi qrupunun 2025-ci il üçün təsdiqlənmiş tarif dərəcələri barədə məlumatı dinlənilib.
Daha sonra Orta Dəhlizlə bu il yükdaşıma planı və onun icra planı təsdiqlənib, həmçinin TBNM BA Hüquqi Şəxslər Birliyinin Çinin Sian şəhərində nümayəndəliyinin açılması barədə qərar qəbul olunub.
Sonda iclasın protokolu, “Xəzər dənizi limanları arasında fider bağlantısının təşkili haqqında” və “Fider gəmilərin yüklənməsinin təmin edilməsi haqqında” sazişlərin imzalanması mərasimi olub.
Tədbir öz işini “Xəzər dənizi vasitəsilə Orta Dəhliz” (“Middle Corridor via the Caspian Sea”) adlı forumla davam etdirib, dənizlə yükdaşımaların səmərəli təşkili, bu istiqamətdə görülə biləcək işlər barədə fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)




