Bankların faiz gəlirləri azalır
Bankların kreditlərdən faiz gəlirləri azalır.
“Marja” Maliyyə Bazarlarına Nəzarət Palatasının statistikasına istinadən xəbər verir ki, banklar İyul ayında 2017-ci ilin ən az aylıq faiz gəlirini əldə ediblər. İyulda 31 bankın kreditlərdən faiz gəlirləri 100 milyon manatdan da aşağı olub.
Belə ki, bankların faiz gəliri 30 Yanvar 2017-də 130.9 milyon manat, 28 Fevral 2017-də 258.6 milyon manat (+127,7 milyon manat), 31 Mart 2017-də 382.8 milyon manat (+124,2 milyon manat), 30 Aprel 2017-də 504.4 milyon manat (+122.2 milyon manat), 31 May 2017-də 623.8 milyon manat (+119,4 milyon manat), 30 İyun 2017-də 749.8 milyon manat (+126 milyon manat), 31 İyul 2017-də 845.5 milyon manat (+95,7 milyon manat) təşkil edib.
Faiz gəlirlərinin azalması müştərilərə verilən kreditlərin azalması ilə bağlıdır.
31 İyul 2017-ci il tarixində bankların müştərilərə verdikləri kreditlər 12 milyard 393 milyon manat təşkil edib. 30 İyun 2017-ci il tarixində müştərilərə verilmiş kreditlər 13 milyard 462 milyon manat idi. Beləliklə, iyulda müştərilərə verilmiş kreditlər 1 milyard 69 milyon manat azalıb.
İyunda müştərilərə verilmiş kreditlər 916,6 milyon manat azalaraq 14 milyard 378.6 milyon manatdan 13 milyard 462 milyon manata geriləmişdi.
Müştərilərə verilmiş kreditlər 2016-cı ilin sonunda 15 milyard 938 milyon manat, cari il Yanvarın sonunda 16 milyard 206.6 milyon manat, Martın sonunda 15 milyon 53.1 milyon manat, Aprelin sonunda isə 15 milyard 34 milyon manat təşkil etmişdi.
İlin əvvəlindən bəri müştərilərə verilmiş kreditlər 3 milyard 545 milyon manat azalıb.
Palata bildirmişdi ki, May ayı ərzində kredit portfelinin azalmasının böyük hissəsi Azərbaycan Beynəlxalq Bankının toksit aktivlərinin Aqrarkredit QSC-ə ötürülməsi ilə bağlıdır.
Kreditlərə təlabat azaldığından bankların gəlirləri geriləyir. Əksər banklar gəlir formalaşdırmaqda çətinlik çəkdiklərindən qarşıdakı dövrlərdə zərər edə və buna görə kapitallarının bir hissəsini itirə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 8 d. əvvəl
- 39 d. əvvəl
-
- 59 d. əvvəl
-
14 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
16 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
17 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
Ən çox oxunanlar
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb

























