Prime Cotton-un təşkilatçılığı ilə “Aqrar Məşvərət Şurası”-nın görüşü keçirildi
"Aqrar Məşvərət Şurası" İctimai Birliyinə yeni sədr seçilib və Azərbaycanın aqrar sektorunda mühüm qərarlar müzakirə olunub. Birliyin yeni sədri "Agro Dairy" MMC-nin İcraçı Direktoru Niyazi Əmirbəyovdur.Azərbaycanın kənd təsərrüfatı sektorunun inkişafına töhfə vermək məqsədilə yaradılan və ölkənin aqrar sektorunun ən iri şirkətlərini birləşdirən "Aqrar Məşvərət Şurası" İctimai Birliyinin 14-cü görüşü keçirilib.
Tədbir "Prime Cotton" şirkətinin təşkilatçılığı və Şura üzvlərinin geniş iştirakı ilə baş tutub.
Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov Şuranın gələcək fəaliyyət istiqamətləri, dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində qurumdan gözləntilər və aqrar sahə ilə bağlı dövlət layihələri barədə ətraflı məlumat verib.
Daha sonra tədbir çərçivəsində Birliyin yeni sədri "Agro Dairy" MMC-nin İcraçı Direktoru Niyazi Əmirbəyov çıxış edərək “Aqrar Məşvərət Şurası”-nin gələcək fəaliyyəti ilə bağlı fikirlərini bildirib.
"Pambıq və İplik: Azərbaycan iqtisadiyyatının inkişafına töhfə və fermerlərin rifahının yaxşılaşdırılması" sessiyasında "Prime Cotton"un Baş İcraçı DirektoruRövşən Mahmudov "Azərbaycanda Pambıq Sənayesi: Çağırışlar, imkanlar və həllər" mövzusunda təqdimat keçirib. Ardınca Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Seymur Səfərli "2024-cü ilin Pambıqçılıq Təcrübəsi: 2025-ci ildə görüləcək işlər və perspektivlər" mövzusunda çıxış edib.
Tədbirin sonunda iştirakçılar pambıqçılıq sektorunun inkişafı ilə bağlı aktual məsələləri müzakirə edərək, gələcək üçün vacib təşəbbüsləri nəzərdən keçiriblər.
Yığıncaqda müşahidəçi qismində "Prime Cotton" MMC-nin ana şirkəti "GP Cotton" və Azərbaycan Tekstil Assosiasiyasının rəhbərliyi də iştirak edib.
"Prime Cotton" aqrar sektorun inkişafı və pambıqçılıq sahəsinin güclənməsi istiqamətində dəstəyini davam etdirməyə sadiqdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
- 27 d. əvvəl
-
1 saat əvvəl
Avro dollar qarşısında 4,5 ilin ən yuksək səviyyəsinə qalxdı - DOLLAR UCUZLAŞIR, AVRO BAHALAŞIR
-
1 saat əvvəl
Tramp ABŞ dollarının dəyər itirməsindən narahat olmadığını bildirib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rekord bahalaşmaya baxmayaraq Çində “qızıla hücum” davam edə bilər
-
11 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 12 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Rəsmi məzənnələr açıqlandı
Tramp ABŞ dollarının dəyər itirməsindən narahat olmadığını bildirib
Qlobal bank qızıl üzrə qiymət proqnozunu 1000 dollar artrıdı - 5000 dollardan 6 000 dollara yüksəltdi
Rekord bahalaşmaya baxmayaraq Çində “qızıla hücum” davam edə bilər
Ən çox oxunanlar
İranda dolların qiymətində yeni rekord
Nazir müavini işdən çıxarıldı
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ























