Toyota yeni C-HR+ krossoverini təqdim etdi
Yaponiyanın Toyota şirkəti yeni C-HR+ krossoverini təqdim edib.
Marja.az xəbər verir ki, hazırda avtomobil yalnız Avropa bazarı üçün debüt edib. Modelin satışına bu ilin sonunda başlanacaq. Yaponlar hələlik yeni məhsulun qiymətlərini açıqlamayıblar.
Adında + prefiksi olan krossover ölçülərdə "adi" C-HR-dən bir qədər böyükdür və ən əsası, yalnız elektrik mühərriki ilə təchiz edilmişdir.
Köhnə modeldən fərqli olaraq, Toyota C-HR+ ilk növbədə hələ uşağı olmayan gənc auditoriyaya yönəlib.
Toyota C-HR+-ın əsas versiyası 167 at gücünə malik, ön oxa quraşdırılmış bir elektrik mühərrik ilə təchiz olunur. Elektromobilin yürüş məsafəsi 455 km-dir. Model 100 km/saat sürəti 8,6 saniyəyə yığa bilir.
Həmçinin krossover 224 at gücündə elektrik mühərriki ilə modifikasiyaya malikdir. Bu versiya bir şarjla 600 km yol qət edə və 100 km/saata 7,4 saniyəyə sürətlənə bilər.
Krossover tam ötürücülü modifikasiyaya malikdir, onun ümumi gücü 343 at gücünə bərabərdir. Ən yüksək səviyyəli Toyota C-HR+-ın yürüş məsafəsi 525 kilometrdir. Bu krossover üçün 100 km/saat sürətlənmə cəmi 5,2 saniyə çəkir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
33 d. əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
49 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
53 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
2 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























