Bakı–Kişineu–Bakı reyslərinin sayı artırılacaq
Artan tələbatdan irəli gələrək 2025-ci ilin aprel ayından etibarən Bakı–Kişineu–Bakı reyslərinin sayı həftədə 5 dəfəyə çatdırılıb. Cari ilin may ayında isə 7 dəfəyə, yəni gündəlik uçuşlara qədər artırılması planlaşdırılır“Azərbaycan Hava Yolları” (AZAL) QSC və Moldova Respublikası nümayəndə heyəti arasında görüş baş tutub.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinin yaydığı məlumata görə, görüşdə AZAL QSC-nin prezidenti Samir Rzayev, Moldova Respublikasının Baş nazirinin müavini, İnfrastruktur və Regional İnkişaf naziri, Azərbaycan-Moldova Hökumətlərarası Komissiyasının həmsədri Vladimir Bolea, Moldova Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenko, Azərbaycan Respublikasının Moldova Respublikasındakı səfiri Ülvi Baxşəliyev, eləcə də AZAL-ın və Moldova Respublikasının nümayəndələri iştirak ediblər.
Görüş zamanı Azərbaycan və Moldova arasında hava nəqliyyatı sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Hava əlaqələrinin inkişafı, müntəzəm sərnişin daşımalarının artırılması və aviasiya sahəsində gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
AZAL prezidenti Samir Rzayev görüş zamanı bildirib ki, artan tələbatdan irəli gələrək 2025-ci ilin aprel ayından etibarən Bakı–Kişineu–Bakı reyslərinin sayı həftədə 5 dəfəyə çatdırılıb. Cari ilin may ayında isə 7 dəfəyə, yəni gündəlik uçuşlara qədər artırılması planlaşdırılır.
Moldova nümayəndə heyətinin rəhbəri Vladimir Bolea və səfir Aleksandr Esaulenko AZAL ilə əlaqələri yüksək qiymətləndirərək Moldova tərəfinin əlaqələrin inkişafına hərtərəfli dəstək verməyə hazır olduqlarını bildiriblər.
Qeyd edilib ki, Bakı–Kişineu–Bakı marşrutu üzrə müntəzəm uçuşlara 2023-cü ilin sentyabrında başlanılıb. 2024-cü ildə bu istiqamətdə 189 reys (gediş-dönüş) yerinə yetirilib və 49 636 sərnişin daşınıb. 2025-ci ilin ilk üç ayında isə 51 reys (gediş-dönüş) icra olunub ki, bu istiqamət üzrə 12 180 sərnişin daşınıb.
Hər iki tərəf reyslərin artırılmasının sərnişinlər üçün əlavə rahatlıq yaradacağına, Azərbaycan və Moldova arasında iqtisadi, mədəni və turizm əlaqələrinin inkişafına da töhfə verəcəyinə əminliklərini ifadə edib.
Görüşdə həmçinin tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























