“Expressbank” ilk rübü xalis mənfəət ilə başa vurub
-2.426“Expressbank” ASC 2025-ci ilin 1-ci rübünü (yanvar - mart) 2 milyon 420 min manat xalis mənfəət ilə başa vurub. Bank 2024-cü ilin 1-ci rübünü 3 milyon 396 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Expressbank"ın xalis mənfəəti 2025-ci ilin 1-ci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 976 min manat və ya 28,7% azalıb.
Bankın xalis mənfəətinin azalması mümkün zərərlər üzrə yaradılan ehtiyatlara ayırmanın artması ilə əlaqədardır. İlk rübdə "Expressbank"ın xərcləri, o cümlədən depozitlər üzrə faiz xərcləri, əməkhaqqı xərcləri artıb.
2025-ci ilin 1-ci rübündə 2024-cü ilin 1-ci rübü ilə müqayisədə "Expressbank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 3 milyon 565 min manat və ya 17,7% artaraq 23 milyon 736 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) isə 3 milyon 560 min manat və ya 23,5% artaraq 18 milyon 690 min manat təşkil edib.
ƏMƏLİYYAT MƏNFƏƏTİ SABİT QALIB
"Expressbank"ın gəlirlərdəki artım xərclərindəki artımdan cəmi 5 min manat artıq olduğu üçün bankın əməliyyat mənfəəti də bir o qədər artaraq 5 milyon 45 min manat təşkil edib (2024-cü ilin 1-ci rübüdə əməliyyat mənfəəti 5 milyon 40 min manat təşkil etmişdi). Bank ilk rübdə əməliyyat mənfəətindən 2 milyon 8 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb (2024-cü ilin 1-ci rünbündə 612 min manat ayrımışdı). Ehtiyata ayırmanın artması "Expressbank"ın xalis mənfəətinin düşməsinə səbəb olub.
KREDİT PORTFELİ YARIM MİLYARD MANATA YAXINDIR
31 mart 2025-ci il tarixində "Expressbank" 607 milyon 55 min manat cəmi aktivlərə, o cümlədən 499 milyon 534 min manat kredit portfelinə malik olub. İlk rübdə bankın biznes kreditləri portfeli 3 milyon 780 min manat artaraq 169 milyon 142 min manata, ipoteka kreditləri portfeli isə 3 milyon 72 min manat artaraq 116 milyon 684 min manata yüksəlib. Bankın istehlak kreditləri portfeli isə 9 milyon 278 min manat azalaraq 213 milyon 708 min manata düşüb.
"Expressbank"da fiziki şəxslərin depozitləri 16 milyon 350 min manat artaraq 31 mart 2025-ci il tarixində 218 milyon 669 min manat təşkil edib.
31 mart 2025-ci il tarixində "Expressbank" 137 milyon 326 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 5 gün sonra
-
-
2 d. əvvəl
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
-
30 d. əvvəl
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Banklarda əhalinin müddətli əmanətləri may ayında 235 milyon manatdan çox artıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Avtomobillərin KASKO sığortasında haqlar 1,9%, ödənişlər 27,7 faiz artıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Qırğızıstan-Azərbaycan birgə fondunun kapitalı 100 milyon dollara yüksəldiləcək"
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
Kənd təsərrüfatı, nəqliyyat-rabitə, sənaye və istehsal üzrə bank kreditlərində azalma müşahidə olunub
İyunun 26-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
“Toxumçuluq haqqında” qanun dəyişir - Reyestr yaradılacaq
Azərbaycan Çin şirkətlərindən yeni sərnişin qatarları və vaqonları almağı planlaşdırır - 8 sərnişin qatarı və 50 vaqon
Müştərilərin hesab balansları bərpa edildi - ABB-DƏN YENİ AÇIQLAMA
























