Vaşinqton və Tehran arasında danışıqlar diqqətlə izlənir - NEFT DAHA DA UCUZLAŞDI
ABŞ-ın başlatdığı ticarət müharibəsinin enerji tələbatına mənfi təsiri ilə bağlı narahatlıqlara görə neftin qiyməti aşağı düşüb. Həmçinin investorlar İranın nüvə proqramı ilə bağlı Vaşinqton və Tehran arasında davam edən danışıqları diqqətlə izləyirlər.
Marja.az xəbər verir ki, Brent markalı neft 1,6%-də ucuzlaşaraq barreli 66,89 dollara düşüb (Bakı vaxtı ilə saat 09:40-a olan məlumat). ABŞ xam neftinin qiyməti isə 64 dollardan aşağı düşüb. Bu həftə ABŞ prezidenti Donald Trampın ticarət siyasətlərinin ABŞ iqtisadiyyatına təsirini göstərən məlumatların bazarlarda əsas trend müəyyən edəcəyi gözlənilir.
İranın xarici işlər naziri şənbə günü deyib ki, Tehranın nüvə proqramı ilə bağlı danışıqlardan sonra ABŞ ilə bir neçə əsas prinsip üzrə “daha yaxşı anlaşma” əldə olunub. Üç saatdan çox davam edən bu danışıqların çərşənbə günü Omanda davam etdirilməsi planlaşdırılır. Bu danışıqlar İrandan neft ixracı üçün həlledici ola bilər. İranın neft ixracını artırması qiymətləri daha da aşağı sala bilər.
Neft qiymətləri bu ay kəskin şəkildə aşağı düşüb və son dörd ilin ən aşağı səviyyələrinə geriləyib. Bu ucuzlaşma ABŞ və əsas ticarət tərəfdaşları, xüsusən də Çin arasında ikitərəfli tariflərdən qaynaqlanan tələb narahatlıqlarından qaynaqlanır. Bundan əlavə, OPEC+ ölkələrinin hasilatı gözlənildiyindən daha sürətli artırmaq qərarı da artıq təklif ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib.
Bəzi ölkələrdə Pasxa bayramı davam etdiyi üçün bazar ertəsi neft fyuçerslərinin ticarət həcminin həmişəkindən aşağı olacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 3 d. əvvəl
- 5 d. əvvəl
- 6 d. əvvəl
- 9 d. əvvəl
- 9 d. əvvəl
- 12 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Ən çox oxunanlar
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır


















.jpg)

