"Fitch": ABŞ-nin gömrük tariflərinin artırılması Azərbaycan banklarına minimal təsir göstərəcək
EMEA (Avropa, Yaxın Şərq və Afrika) regionunun inkişaf etməkdə olan bazarlarının bankları ABŞ hökumətinin tarif siyasətinin sərtləşdirilməsi və bununla əlaqədar ticarət və maliyyə sahəsində qeyri-müəyyənlik səbəbindən müxtəlif, lakin ümumiyyətlə məhdud təsirlə üzləşirlər.
Bu barədə beynəlxalq reytinq agentliyi “Fitch Ratings”in hesabatında bildirilir.
Qurum bəyan edib ki, təsir səviyyəsi, ilk növbədə, region ölkələrinin iqtisadiyyatlarının ABŞ-də tarif siyasətinin sərtləşdirilməsindən nə dərəcədə zərər çəkəcəyindən, o cümlədən bu ölkələrdəki banklara təsirindən, həmçinin qlobal bazarlardakı volatillik səviyyəsindən asılıdır.
“Fitch Ratings” qeyd edib ki, ABŞ-yə ixrac vasitəsilə birbaşa təsir əhəmiyyətsiz olaraq qalır.
"Neft ixrac edən ölkələr neft qiymətlərinin düşməsindən zərər çəkəcəklər. Bu isə qlobal iqtisadi artımın yavaşlaması səbəbindən tariflərin təsirinin dolayı nəticəsidir. Eyni zamanda, ABŞ-yə məhdud ixrac həcmi olan neft idxalçısı ölkələr neftin ucuzlaşmasından qismən faydalana bilərlər", - agentlik hesab edir.
Hesabatda qeyd olunub ki, ÜDM artım tempinin yavaşlaması da daxil olmaqla əlverişsiz iqtisadi nəticələr, adətən kreditləşmə templərinin azalması və aktivlərin keyfiyyətinin mümkün pisləşməsi vasitəsilə bank sektoruna mənfi təsir göstərir.
Bundan əlavə, "riskin azaldılması" ssenarisi çərçivəsində investorların inkişaf etməkdə olan ölkələrə münasibətdə mövqeyi dəyişərsə yenidən maliyyələşdirmə riskləri və borclanma xərcləri də arta bilər.
Agentliyin analitikləri hesab edirlər ki, “MDB+” regionunda tariflərin birbaşa təsiri minimaldır, çünki ABŞ-yə ixrac həcmləri məhduddur.
"Ermənistan və Gürcüstan neft idxalçılarıdır, Azərbaycan və Qazaxıstan kimi ixracatçı ölkələrin banklarının isə ümumiyyətlə neft-qaz sektorundan asılılığı aşağıdır və onlar əhəmiyyətli likvidlik buferlərinə malikdirlər", - hesabatda bildirilib.
“Fitch”in məlumatına görə, yüksək xarici öhdəlikləri olan ölkələrdə, xüsusilə Özbəkistanda dövlət bankları üçün yenidən maliyyələşdirmə dəyəri arta bilər. Lakin bu risklər dövlət dəstəyi və əsasən beynəlxalq maliyyə institutları tərəfindən güzəştli şərtlərlə təqdim edilən xarici borcların uzunmüddətli xarakteri ilə kompensasiya olunur.
Reytinq agentliyi qeyd edib ki, tariflərin artırılmasından sonra ABŞ dolları bir qədər zəifləyib, lakin bu tendensiya dəyişərsə, yerli valyutaların mümkün devalvasiyası bank sisteminin dollarlaşma səviyyəsi yüksək olan ölkələrdə aktivlərin keyfiyyətini pisləşdirə bilər.
"Bununla belə, əksər banklar orta səviyyəli itkilərin öhdəsindən gələ bilərlər, region ölkələrinin hökumətləri isə lazım gələrsə, milli valyutaları dəstəkləyə bilərlər", - agentliyin ekspertləri vurğulayıblar.
Niderlandın ən böyük bank qrupu olan “ING Group” hesab edir ki, Azərbaycan ABŞ-nin ticarət tariflərinin birbaşa təsirindən əhəmiyyətli dərəcədə qorunur. Eyni zamanda, beynəlxalq reytinq agentliyi “Moody's”in fikrincə, ABŞ-nin tarif siyasəti Azərbaycan üzərindən tranzit daşımalarda yeni imkanlar yarada bilər.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
7 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
9 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı















.jpg)

.jpg)


