PAŞA Holding-in təşkilatçılığı ilə Türkiyədə “INMerge” İnnovasiya Sammitinin ikinci regional tədbiri keçirilib
(®) Qlobal innovasiya platformasına çevrilmək hədəfi ilə irəliləyən INMerge Innovation Summit, fəaliyyətinin növbəti addım olaraq ölkəxarici tədbir ilə davam edib. 29 aprel 2025-ci il tarixində İstanbul şəhərinin mərkəzində keçirilən bu tədbir, Tenity şirkəti ilə tərəfdaşlıq çərçivəsində baş tutub.
Tədbirin əsas məqamı Türkiyənin ən ümidverici startaplarını nümayiş etdirmək üçün təşkil olunan “INbattle” startap müsabiqəsi oldu. 50-dən çox startapın müraciət etdiyi müsabiqəyə böyük maraq göstərilib. Seçim prosesindən sonra yalnız 10 startap həllərini münsiflər heyətinə təqdim etmək üçün seçilib, onlardan bir startap qalib gəlib. 200-ə yaxın iştirakçının, o cümlədən aparıcı sahibkarların, investorların və ekosistem iştirakçılarının bir araya gəldiyi tədbir, korporativ innovasiya, startapların inkişafı və investisiya imkanları üzrə müzakirələr üçün cəlbedici bir mühit təqdim edib. Bundan əlavə, sözügedən tədbir seçilmiş startaplar üçün 29 və 30 sentyabr 2025-ci il tarixlərində Bakıda keçiriləcək “INMerge” İnnovasiya Sammit tədbirində iştirak etmək imkanı təqdim edən dinamik bir platforma rolunu oynayıb.
Tədbirin digər əsas məqamlarından biri, Bellamy Alden AI Consulting şirkətinin tərəfdaşı və süni intellekt üzrə transformasiya mütəxəssisi Fahed Bizzarinin çıxışı olub. O, “Süni İntellektin İnkişaf edən Ekosistemi və Onun İnvestisiya Strategiyalarına Təsiri” mövzusunda fikirlərini bölüşüb.
Daha sonra tədbir “Türkiyə Növbəti İnnovasiya Mərkəzi kimi: Strategiyadan Miqyaslanmaya” adlı panel müzakirəsi ilə davam edib. Paneldə Türkiyə və regionun innovasiya mühitinin aparıcı nümayəndələri çıxış ediblər: Yeliz Erinçkan - Sabancı ARF rəhbəri, strategiya və İnnovasiya direktoru, Itır Ürünay Aydoğan - Yapı Kredi-də Ekosistem Bankçılığı və İnnovasiya Direktoru, Sabina Babayeva - Tenity şirkətinin İstanbul Hub rəhbəri, Enis Hulli - E2VC-nin tərəfdaşı, eləcə də Ahmet Cüneyt Selçuk - Türkiyə Prezidentliyi yanında investisiya ofisində maliyyə investisiyaları bölməsinin meneceri.
Qeyd edək ki, Türkiyə və Gürcüstandan əlavə, PAŞA Holding “INMerge” İnnovasiya Sammitinin digər ölkələrdə də regional tədbirlərinin keçirilməsini planlayır. Eləcə də, əsas tədbir Bakıda senyabr ayında baş tutacaq və ətraflı məlumat bir müddət sonra paylaşılacaq.
Tədbir barədə daha ətraflı məlumat üçün www.inmerge.az ünvanınına keçid edə bilərsiniz.
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
1 saat əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
-
2 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
3 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Azərbaycanda bağçılıq subsidiyası veriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Nazirə yeni müşavir təyin edilib


















.jpg)







