Mikayıl Cabbarov “Oliver Wyman Group” şirkətinin qlobal rəhbəri ilə görüşüb
İqtisadiyyat naziri AYİB-nin İllik Toplantısı çərçivəsində sessiyalarda və görüşdə iştirak edibAvropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) İllik Toplantısında iştirak məqsədilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında səfərdə olan iqtisadiyyat naziri Mikayıl Cabbarov Bankın Müdirlər Şurasının açılış və plenar sessiyalarında iştirak edib. Səfər çərçivəsində iqtisadiyyat naziri “Oliver Wyman Group” şirkətinin sənaye üzrə qlobal rəhbəri ilə görüşüb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının İllik Toplantısı çərçivəsində Bankın Müdirlər Şurasının açılış sessiyasında iştirak edib. Sessiya zamanı qlobal çağırışlar şəraitində iqtisadi resursların effektiv istifadəsi, iqlim fəaliyyətini dəstəkləyən infrastrukturun formalaşdırılması, rəqəmsal transformasiya, müasir biznes həllərinə investisiyalar, sənaye siyasəti və sosial təhlükəsizliklə bağlı qabaqcıl təcrübələr və potensial imkanlar müzakirə olunub.
AYİB-nin İllik Toplantısı çərçivəsində Bankın Müdirlər Şurasının Plenar Sessiyası keçirilib. Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edib. AYİB-nin əməkdaşlıq etdiyi ölkələrə davamlı dəstəyi vurğulanıb. Qeyd olunub ki, ötən il AYİB üçün böyük investisiyalar və layihələrlə yadda qalıb ki, bu da Bankın beynəlxalq maliyyə sferasında artan təsirini nümayiş etdirir. AYİB ilə dövlət-özəl tərəfdaşlığının inkişafı, kiçik və orta müəssisələrə dəstəyin genişləndirilməsi kimi istiqamətlər üzrə əməkdaşlıq xüsusilə önəmlidir. Bununla yanaşı, Bankın qlobal iqtisadi artımın və yaşıl keçidin sürətlənməsinə təkan verən investisiyaları mühüm əhəmiyyət kəsb edir.
Vurğulanıb ki, Azərbaycan qlobal çağırışların həlli və yaşıl keçid prosesini inkişaf etdirmək məqsədlərinə sadiqdir. Ölkəmiz COP29-a ev sahibliyi etməklə qlobal liderlik nümayiş etdirdi və inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyəsini üç dəfə artırmaqla əlamətdar razılaşma əldə olundu. Bu razılaşma həmin ölkələr üçün iqlim maliyyəsinə görə 2035-ci ilə qədər hər il 300 milyard dollarlıq vəsaiti nəzərdə tutur.
Tədbirdə ölkəmizin beynəlxalq enerji və ticarət platformasında strateji rolu, təşəbbüsləri və bu sahələrdə əməkdaşlıq imkanları haqqında məlumat verilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov “Oliver Wyman Group” şirkətinin sənaye üzrə qlobal rəhbəri Ted Moynihanla görüşüb. Görüşdə Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər barədə məlumat verilib.
Tərəflər biznes mühitində mövcud çağırışlar fonunda ölkə iqtisadiyyatında əlavə dəyərin və ixracın artırılması, investisiyaların cəlbi istiqamətində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
- 23 d. əvvəl
-
-
58 d. əvvəl
Aqrar sənayedə ilk: kalium sulfat artıq Azərbaycanda istehsal olunur
-
1 saat əvvəl
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“AZƏRMAŞ GROUP”un istiqrazlarına 106 investordan sifariş - tam yerləşdirilib
-
2 saat əvvəl
Daha 10 şirkət “Startap” şəhadətnaməsi aldı - ADLARI, 3 İL VERGİDƏN AZADDIRLAR
-
2 saat əvvəl
Dövlət şirkətinin dollar istiqrazları üçün “Açılış Zəngi” mərasimi keçirilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Nazirə yeni müşavir təyin edilib
Ən çox oxunanlar
İyunun 9-da gözlənilən hava şəraiti
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Təbriz küçəsi də yenilənir
Expressbank Mingəçevirdə təmizlik aksiyası keçirib
Hörmüzdən sonra indi də Qırmızı dəniz böhranı
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib









.webp)






.jpg)







