NEQSOL Holding Ukraynanın ən böyük titan istehsalçısını alıb
NEQSOL Holding Ukraynanın Antiinhisar Komitəsindən “Birləşmiş Dağ-Mədən və Kimya Şirkəti” SC-nin (BDKŞ/UMCC) səhmlərinin nəzarət paketinin əldə olunmasına dair rəsmi razılıq alıb.
Bu barədə Marja.az-a NEQSOL Holding-dən bildirilib.
Qeyd edilib ki, Dünyanın aparıcı titan və nadir torpaq metalları istehsalçılarından biri olan “Birləşmiş Dağ-Mədən və Kimya Şirkəti” titan konsentratı istehsalına görə Avropada birinci yeri tutur. Sövdələşmə NEQSOL Holding-ə məxsus olan CEMIN Ukraine MMC törəmə şirkəti vasitəsilə həyata keçiriləcək.
Bu razılığın əldə olunması Ukraynada ən böyük özəlləşdirmə proseslərindən birinin yekun mərhələyə keçməsinə imkan verir. Müqaviləyə əsasən, “Birləşmiş Dağ-Mədən və Kimya Şirkəti”nin səhmlərinin birbaşa alınması ilə CEMIN Ukraine MMC şirkət üzərində tam nəzarət əldə edəcək.
NEQSOL Holding özəlləşdirmə prosesindən irəli gələn bütün öhdəliklərin tam şəkildə icrasına hazır olduğunu bildirir və “Birləşmiş Dağ-Mədən və Kimya Şirkəti”ni müasir, səmərəli və qlobal titan bazarında rəqabətədavamlı bir şirkətə çevirməyi qarşısına məqsəd qoyur.
“Birləşmiş Dağ-Mədən və Kimya Şirkəti əhəmiyyətli potensiala malikdir və biz bunda ölkənin iqtisadiyyatının bərpasına töhfə vermək imkanı görürük. Hazırda bizim əsas prioritetimiz müvafiq biliklər, texnologiyalar və idarəetmə təcrübələri tətbiq etməklə, şirkəti qlobal səviyyədə güclü və rəqabətədavamlı etməkdir”, – deyə NEQSOL Holding-in Sədri Yusif Cabbarov bildirib.
Şirkətdə geniş miqyasda modernizasiya işlərinin aparılması üçün NEQSOL Holding artıq bu sahədə ixtisaslaşmış qabaqcıl şirkətlərlə və müxtəlif ekspertlərlə əməkdaşlığa başlayıb. Əsas istiqamətlər yüksək əlavə dəyərə malik olan məhsulların işlənib hazırlanmasını, xammalın dərin emalını və əsas beynəlxalq bazarlara çıxışın təmin edilməsini əhatə edir.
NEQSOL Holding telekommunikasiya, enerji, tikinti və yüksək texnologiyalar sahəsində 11 ölkədə fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
6 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
6 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 6 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti























