Baku ID 2025 yekunlaşdı: Bakı iki gün ərzində regional innovasiya mərkəzinə çevrildi - FOTOLAR
Regionun 8 şirkəti nüfuzlu fondların dəstəyi ilə ümumilikdə 4 milyon ABŞ dolları məbləğində investisiya cəlb etməyə nail olub.19–20 iyun tarixlərində Bakıda keçirilənBaku ID 2025 innovasiya festivalı uğurla başa çatdı.
“The Regional Nexus” mövzusuna həsr olunmuş builki tədbir, iki gün ərzində Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq və Şimali Afrika ölkələrindən texnologiya və biznes liderlərini bir araya gətirərək, Azərbaycanı innovasiyanın regional mərkəzinə çevirdi.
Festival SABAH.HUB İnnovasiya Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, SOCAR, PAŞA Holding və 4SİM kimi aparıcı tərəfdaşların dəstəyi ilə həyata keçirildi.
İki gün ərzində müxtəlif ölkələrdən onlarla spiker, investor və startap nümayəndələrinə ev sahibliyi edən Baku ID festivalı, paralel sessiyalar, panel müzakirələri və təqdimatlarla innovasiya ekosisteminin mərkəzinə çevrildi. Festival süni intellekt, texnologiya və innovasiya sahələrinə dair çıxışlar və təqdimatlar ilə yadda qaldı.
Baku ID tədbirinin ikinci günündə keçirilən “Korporativ innovasiya: ekosistem imkanlarından istifadə strategiyaları” paneli iştirakçılar tərəfindən böyük maraqla qarşılandı. Panel çərçivəsində çıxış edən SOCAR-ın Strateji İdarəetmə və İnnovasiya Departamentinin rəhbəri Teymur Əliyev, innovasiya yönümlü tənzimləyici mühitin formalaşdırılması və “sandbox” modellərinin tətbiqi ilə bazara çıxış proseslərinin sürətləndirilməsinin vacibliyini vurğuladı. O, bu təşəbbüslərin uğurlu olması üçün bütün maraqlı tərəflərin ilk gündən prosesə cəlb edilməsinin önəmli olduğunu qeyd etdi. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri Fərid Osmanov isə texnoparklara çıxış imkanlarının genişləndirilməsi və inkubasiya proqramlarının ölkə iqtisadiyyatına təsirinin artırılması baxımından böyük potensiala malik olduğunu bildirdi.
Tədbir çərçivəsində həmçinin, ölkəmizin startap və innovasiya sahəsinin inkişafına təkan verəcək üç önəmli Anlaşma Memorandumu imzalanıb.
İlk memorandum ARDVENTURE, SABAH.HUB və SABAH.fund arasında imzalanıb. Memorandum Türk dünyasının əsas innovasiya mərkəzlərində “Texnologiya Səfirlikləri” şəbəkəsinin yaradılması və startapların beynəlxalq bazarlara çıxışının dəstəklənməsi məqsədilə uzunmüddətli əməkdaşlığı nəzərdə tutur.
Növbəti iki memorandum isə SABAH.angels Galata Business Angels və Anbema Soft & Consulting ilə ayrı-ayrılıqda imzalanıb. Tərəflər arasında bağlanan bu əməkdaşlıqlar səhiyyə texnologiyaları, biotexnologiyalar və innovativ maliyyə sahələrində beynəlxalq bilik mübadiləsinin təşviqi, eləcə də perspektivli qlobal bazarlara çıxışı və sərmayə cəlbi imkanlarının genişləndirilməsini hədəfləyir.
Baku ID tədbirində çıxış edən yerli və beynəlxalq mütəxəssislər sırasında “Qwasar Silicon Valey”-in baş icraçı direktoru Kwame Yamgnane, “G8 Ventures və Sendity” platformasının təsisçisi Rafael Salazar, “MentalUp” şirkətinin təsisçisi İqor Burattini, “ABB Innovation”-un baş icraçı direktoru Həsən Eminov və Kembric Universitetində texnoloji innovasiyalar üzrə tədqiqatçı Niall McNulty yer alırdı. Onların çıxışlarında innovasiya mühitinin inkişafı, startaplarla əməkdaşlıq, rəqəmsallaşma və beynəlxalq təcrübənin əhəmiyyəti xüsusilə diqqət çəkdi.
Festivalın əsas hissələrindən olan startap təqdimat mərhələsində yerli və beynəlxalq komandalar məhsul və ideyalarını sərgiləyərək investorlar qarşısında çıxış etdilər.
Bu komandalar investisiya imkanları üçün seçilmiş perspektivli startaplar sırasına daxil oldular.
Baku ID həmçinin beynəlxalq startap yarışması olan “Startup World Cup” müsabiqəsinə ev sahibliyi etdi. Pegasus Tech Ventures-un təşkilatçılığı ilə həyata keçirilən bu müsabiqə bu il artıq ikinci dəfə SABAH.angels tərəfindən təşkil olundu və 8 finalçı arasından seçilən “Clopos” startapı qalib olaraq San-Fransiskoda keçiriləcək böyük finalda Azərbaycanı təmsil etmək hüququ qazandı. Yarışa 6 ölkədən ümumilikdə 80 müraciət daxil olub və seçim prosesi beynəlxalq münsiflər heyəti tərəfindən aparılıb.
Festivalın ikinci günü baş tutan Nexus Awards mərasimi isə tədbirin kulminasiya nöqtəsi oldu. 40-dan çox ölkədən, 800-dən çox namizədin 14 kateqoriya üzrə irəli sürüldüyü bu yarışmada 8.000-dən çox səs verilib. Mərasimdə 15 kateqoriya üzrə qalib olmaqla 30-dan çox startap və şirkət tanındı.
Bununla yanaşı, regionun 8 şirkəti nüfuzlu fondların dəstəyi ilə ümumilikdə 4 milyon ABŞ dolları məbləğində investisiya cəlb etməyə nail oldu.
Dolğun məzmunu ilə yadda qalan Baku ID, iki gün ərzində təqdim olunan innovativ ideyalar, texnoloji yeniliklər və imzalanan strateji əməkdaşlıqlarla regionun güclü inkişaf potensialını bir daha təsdiqlədi.
Tədbirin əsas məqamları, qaliblər və foto materialları ilə tanış olmaq üçün www.bakuid.com rəsmi vebsaytını, eləcə də Baku ID-nin Instagram, Linkedin və Facebook səhifələrini izləyə bilərsiniz.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 20 d. əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Qızılın qiyməti barədə iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər
- 8 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
Qızılın qiyməti 5300 dolları da keçdi
Ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 10 milyard manatı keçib
Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb
Ən çox oxunanlar
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ























