Azərbaycan Dünya Bankından 173,5 milyon dollar kredit aldı -SAZİŞ İMZALANDI
Azərbaycan Dünya Bankı ilə bərpa olunan enerji layihəsi üzrə 173,5 milyon dollarlıq kredit sazişi imzalayıb
Azərbaycan hökuməti ilə Dünya Bankı arasında “Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsi” çərçivəsində kredit sazişi imzalanıb.
“Marja” xəbər verir ki, imzalanma mərasimində iki sənəd - “AzərEnerji” ASC ilə Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD) arasında kredit müqaviləsi və Azərbaycan Respublikası ilə IBRD arasında zəmanət sazişi təsdiqlənib.
Məbləği 173,5 milyon ABŞ dolları olan kredit müqaviləsini “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev və Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştаlmaister imzalayıblar. Zəmanət sazişinə isə Azərbaycan hökuməti adından maliyyə naziri Sahil Babayev və Ştefani Ştаlmaister imza atıblar.
Kredit vəsaiti Azərbaycanda tikilməkdə olan bərpa olunan enerji mənbələri (BOEM) üzrə stansiyalardan alınan enerjinin milli enerji sisteminə təhlükəsiz və dayanıqlı inteqrasiyasını təmin etmək məqsədilə enerji ötürücü infrastrukturun gücləndirilməsinə yönəldiləcək.
Kredit 5 il güzəşt müddəti olmaqla 15 illik şərtlərlə ayrılıb və 2039-cu ilin sonunda tam qaytarılması nəzərdə tutulur. Layihədə Azərbaycan hökumətinin iştirak payı isə 31,2 milyon ABŞ dolları təşkil edir ki, bu məbləğ əsasən ƏDV və gömrük rüsumlarının ödənilməsinə yönəldiləcək.
İcra müddəti 4 il olan layihənin əsas məqsədi “AzərEnerji”nin enerji sisteminin səmərəliliyini artırmaq və növbəti 5 ildə BOEM-lərin elektrik ötürücü şəbəkəyə təhlükəsiz inteqrasiyasına dəstək verməkdir.
Dünya Bankının maliyyələşdirəcəyi komponentlərə 341 km uzunluğunda 500 və 330 kV-luq dörd yeni elektrik verilişi xəttinin inşası, eləcə də 500/330/10 kV-luq Nəvahi yarımstansiyası üçün transformator və əlaqəli avadanlıqların alınması daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
9 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
11 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 12 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı

















.jpg)


