“PAŞA Bank”ın dəstəyilə “Sindikativ kreditlər” mövzusunda konfrans keçirilib
Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”ın dəstəyi və Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Sindikativ kreditlər” mövzusuna həsr edilmiş konfrans keçirilib.
Bakıda 4 iyul 2025-ci il tarixində baş tutan tədbirdə Azərbaycan Respublikasının Mərkəzi Bankının, ABA-nın, İqtisadiyyat Nazirliyi yanında Biznesin İnkişafı Fondunun, “PASHA Holding”in, “PAŞA Bank”ın, “AZƏRMAŞ” ASC-nin, bir sıra digər bankların və sığorta şirkətlərinin təmsilçiləri bir araya gəlib. İştirakçılar sindikativ kredit mexanizminin funksionallığı, bizneslərin maliyyə ehtiyaclarının daha effektiv şəkildə təmin olunması, eləcə də risklərin bir neçə maliyyə institutu arasında bölüşdürülməsi imkanları ilə bağlı fikir mübadiləsi aparıblar. Bununla yanaşı, bu maliyyə alətinin şirkətlərin kapital bazarına çıxışını necə genişləndirdiyi, maliyyə dayanıqlılığını artırdığı və ümumilikdə biznesin inkişaf potensialına necə töhfə verdiyi müzakirə edilib. Tədbir çərçivəsində keçirilən panel müzakirəsi zamanı sindikativ kreditləşmənin müxtəlif requlyativ və hüquqi aspektlərinə aydınlıq gətirilib.
Sindikativ kreditlerTədbirə qatılan 100-ə yaxın iştirakçı Azərbaycanda sindikativ kreditlərin tətbiqinin genişləndirilməsi üçün birgə səylərin artırılmasının zəruriliyini qeyd ediblər. “PAŞA Bank” isə bu prosesdə dəstəyini davam etdirməyə və yerli biznesin dayanıqlı maliyyələşməsinə töhfə verməyə hazır olduğunu bir daha bəyan edib. Konfrans həm yeni əməkdaşlıq platforması, həm də ölkə iqtisadiyyatının inkişafına töhfə verəcək strateji maliyyə alətinin təşviqi baxımından əhəmiyyətli bir addım kimi qiymətləndirilib.
Sindikativ kreditler“PAŞA Bank” sindikat kreditləşməsi və alternativ maliyyələşmə imkanlarını təşviq edən təşəbbüslərlə çıxış edərək, müştərilərinə daha əlçatan və effektiv maliyyə həlləri təqdim etməyə davam edir. Bank həmçinin, innovativ maliyyə məhsulları və xidmətləri ilə yerli biznesin rəqabət qabiliyyətinin artırılmasına, iqtisadiyyatın dayanıqlı inkişafına və ölkənin maliyyə sektorunun beynəlxalq səviyyədə möhkəmlənməsinə öz töhfəsini verməkdədir. Bu istiqamətdə Bank gələcəkdə də əməkdaşlıq və inkişaf proqramlarını genişləndirərək, həm sahibkarların, həm də investorların ehtiyaclarına cavab verən etibarlı tərəfdaş olaraq fəaliyyətini davam etdirəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
16 d. əvvəl
“Azerconnect Group” korporativ tərəfdaşları üçün AdTech xidmətini təqdim edib
- 26 d. əvvəl
- 29 d. əvvəl
- 37 d. əvvəl
-
41 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
55 d. əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Hazırda "PAŞA Bank"ın "yaşıl istiqraz" buraxılması ilə bağlı planı yoxdur"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Ən çox oxunanlar
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı






















