"e-Manat" müraciət etdi, Mərkəzi Bank lisenziyasını məhdudlaşdırdı
Şirkətin lisenziyasında “elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası” üzrə ödəniş xidməti ləğv edilib.Mərkəzi Bank tərəfindən “Modenis” MMC-yə (e-Manat brendi) ödəniş xidmətlərinin göstərilməsi üçün verilmiş lisenziyada “elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası” xidməti ləğv edilib.
Bu barədə Marja.az Mərkəzi Banka istinadən xəbər verir.
"“Modenis” MMC-yə (Təşkilat) “ödəniş əməliyyatının ekvarinqi” və “elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası” fəaliyyəti göstərilməsi üçün Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 05 iyun 2024-cü il tarixində EPT-003 nömrəli lisenziya verilib. Təşkilatın müraciətinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 17 iyul 2025-ci il tarixli Qərarı ilə onun lisenziyasında “elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası” üzrə ödəniş xidməti ləğv edilib.
Təşkilat fəaliyyətini ödəniş təşkilatı olaraq davam etdirəcəkdir",- məlumatda bildirilir.
Elektron pul – qəbul edilən pul vəsaiti məbləğində ödəniş xidməti istifadəçisinin sərəncamına verilən, elektron formada saxlanılan, ödəniş əməliyyatlarının həyata keçirilməsinə imkan verən və elektron pulun emitenti ilə yanaşı üçüncü şəxslər tərəfindən də ödəniş üçün qəbul edilən ödəniş alətidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 7 d. əvvəl
-
18 d. əvvəl
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
-
27 d. əvvəl
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
- 32 d. əvvəl
- 34 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
2025-ci ilin dövlət büdcəsindən Qarabağ üçün 4,5 milyard manat vəsait ayrılıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?
Ən çox oxunanlar
Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb
Azərbaycan fondu soyutma şirkətində pay aldı
“PAŞA Bank”ın bir hissəsi əhaliyə satılacaq - TARİXİ HADİSƏ, ÖZƏL ŞİRKƏTLƏR ARASINDA BİR İLK
Yanvarın 29-da gözlənilən hava şəraiti
2030-cu ilədək 25 dayanacaq və stansiya istifadəyə veriləcək
Yağış yağacaq
Rəsmi iş yeri olmadan 50 000 AZN-dək kredit





















