Azərbaycan Qazaxıstanda 20 milyon dollarlıq turizm kompleksinin inşasını planlaşdırır
Azərbaycan Qazaxıstanın cənub-şərq hissəsində, müalicəvi xüsusiyyətləri və füsunkar təbiəti ilə tanınan Alakol gölünün sahilində beynəlxalq müalicə-sağlamlıq kompleksi inşa edəcək.
Qazaxıstan KİV-nin verdiyi məlumata görə, bu məsələni Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel Abay vilayətinin akimi Berik Uali ilə müzakirə edib.
İkitərəfli görüşdə, həmçinin Azərbaycan-Qazaxıstan İşgüzar Şurasının sədr müavini, Türk Sahibkarlar Assosiasiyasının İdarə Heyətinin sədri Aslan Kuniyarov, Azərbaycan İnvestisiya Holdinqinin və İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Biznesinin İnkişafı Fondunun nümayəndələri iştirak ediblər.
Azərbaycan nümayəndə heyəti Alakol sahilində beynəlxalq müalicə-sağlamlıq kompleksinin tikintisi üzrə investisiya layihəsini təqdim edib. İnvestorlar eyni vaxtda 800 nəfəri qəbul etmək üçün nəzərdə tutulmuş ilboyunca fəaliyyət göstərəcək turizm obyekti tikməyi planlaşdırırlar. Layihəyə investisiya dəyəri 20 milyon ABŞ dolları təşkil edir. Kompleksin istifadəyə verilməsi ilə təxminən 200 yeni iş yeri yaradılacaq.
Bundan əlavə, layihə regionun turizm baxımından cəlbediciliyini artırmağa, yerli büdcəyə vergi daxilolmalarını artırmağa, tibb və istirahətin kəsişməsində yeni klaster formalaşdırmağa imkan verəcək.
A.Bayel görüşdə qeyd edib ki, Azərbaycan və Qazaxıstan arasında münasibətlər müttəfiqliyin yeni səviyyəsinə yüksəlib. Səfir Qazaxıstan rəhbərliyinin qarşıya bir sıra vəzifələr qoyduğunu xatırladıb. Buraya iqtisadi əlaqələrin gücləndirilməsi və turizm sahəsi də daxil olmaqla birgə layihələrin həyata keçirilməsi daxildir.
"2024-cü ildə biz Qazaxıstan və Azərbaycanın birgə investisiya fondunu yaratdıq. Əgər Alakoldakı layihə həyata keçirilsə, o, bu fond çərçivəsində ilk layihələrdən biri ola bilər", - diplomat vurğulayıb.
Vilayət akimi turizm layihəsinin region üçün əhəmiyyətini də vurğulayıb: "Qazaxıstan və Azərbaycan qardaş xalqlardır. Bizi ortaq tarix və mənəvi köklər birləşdirir. Sizin səfərinizə və məhz bizim vilayətimizdə böyük turizm kompleksinin inşası təşəbbüsünüzə şadıq. Hazırda Alakol turizm zonasının Baş planı hazırlanır. Biz tikinti üçün sahə ayırmağa hazırıq. Hökumət lazımi dəstəyi göstərəcək".
© “Report”un
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
14 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 15 saat əvvəl
-
15 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
15 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
















.jpg)






