İqtisadiyyat Nazirliyi və “VISA” şirkəti anlaşdı
İqtisadiyyat Nazirliyi və “VISA” şirkəti arasında KOB sektorunun inkişafı, innovativ maliyyə həllərinin təşviqi və inklüziv iqtisadi mühitin formalaşdırılmasına dair Anlaşma Memorandumu imzalanıb.İqtisadiyyat naziri Mikayıl Cabbarov “VISA” şirkətinin MDB, Şərqi və Cənub-Şərqi Avropa ölkələri üzrə baş vitse-prezidenti Kristina Doroş ilə görüşüb.
Görüşdə şirkətlə potensial əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər iqtisadi və maliyyə inklüzivliyinin təşviqi, rəqəmsal ödəniş ekosisteminin inkişafı, həmçinin kiçik və orta sahibkarlığın dəstəklənməsi istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
Görüş çərçivəsində İqtisadiyyat Nazirliyi və “VISA” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən, KOB sektorunun inkişafı, innovativ maliyyə həllərinin təşviqi və inklüziv iqtisadi mühitin formalaşdırılması istiqamətlərində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
Anlaşma Memorandumu iqtisadiyyatın rəqəmsallaşması və sahibkarlıq mühitinin dəstəklənməsinə mühüm töhfə verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır























