Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
ABŞ-da “shutdown”-un (hökumətin fəaliyyətini dayandırması) dollar təzyiq altında qalmaqda davam edir. Bunun fonunda investorların “güvənli liman” maliyyə alətlərinə, xüsusilə qızıla tələbi artıb. EUR/USD valyuta cütlüyü ötən gün 1.16520 səviyyəsindən 1.17210 səviyyəsinə qədər bahalaşıb. Lakin bu gün səhər məzənnə bir qədər geriləyərək 1.16870 səviyyəsinə kimi enib. Həftəni artımla başlayan USD/JPY cütlüyü 150.610 səviyyəsinə qədər yüksəlib.
Qızılın bir unsiya üçün spot qiyməti 3977$-a yüksəlib. “OPEC+” tərəfindən həftəsonu hasilatın artırılması ilə bağlı qəbul edilən qərardan sonra “Brent” markalı neftin isə bir barel üçün qiyməti 66$-a qədər bahalaşıb.
ABŞ Senatı hökumətin müvəqqəti açılmasını və altı günlük “şatdaun”un dayandırılmasını nəzərdə tutan respublikaçılar tərəfindən təqdim edilmiş qanun layihəsini təsdiqləyə bilməyib.
Sənədin qəbul edilməsi üçün səsvermədə 60 səs tələb olunurdu, lakin senatorlar bu həddə çata bilməyiblər. Eyni günün əvvəlində demokratlar tərəfindən irəli sürülən oxşar qanun layihəsi də rədd edilib — həmin sənəddə “Obamacare” proqramı çərçivəsində subsidiyaların uzadılması nəzərdə tutulurdu, buna isə respublikaçılar qarşı çıxmışdılar.
Avropa Mərkəzi Bankının (ECB) sədri Kristin Laqard ötən gün baş tutan çıxışında bildirib ki, tənzimləyici qurum inflyasiya üzrə hədəf göstəricisinə yaxınlaşıb və 2026-cı ildə iqtisadiyyatın artacağını proqnoz edir.
“Inflyasiya hələ də bizim 2%-lik hədəf göstəricimizə yaxındır”, — bazar ertəsi günü ECB sədri bildirib və əlavə edib ki, əsas qiymət təzyiqi də davam edir və “əmək haqqının artımı da gələcəkdə tədricən ləngiyəcək”.
Avropa İttifaqı qanunvericiləri qarşısında Strasburqda çıxış edərkən o qeyd edib ki, “gömrük rüsumlarının artması, avronun möhkəmlənməsi və qlobal rəqabətin güclənməsi səbəbindən ixracın zəif dinamikası ilin sonuna qədər artımı məhdudlaşdıracaq”.
Avropa Statistika İdarəsinin ötən gün dərc etdiyi məlumata görə, Avrozonada pərakəndə satışlar avqust ayında əvvəlki ay ilə müqayisədə 0.1% artıb. Göstəricinin dinamikası analitiklərin konsensus proqnozu ilə üst-üstə düşüb. Yenilənmiş məlumatlara əsasən, iyul ayında göstərici 0.4% azalıb.
Qərbi Avropanın ən böyük ölkələrinin fond indeksləri bazar ertəsi günü ucuzlaşıb. İnvestorların əhval-ruhiyyəsinə mənfi təsir göstərən amillərdən biri də Fransa Baş Nazirinin istefası ilə bağlı xəbər olub.
Fransa Baş Naziri Sebastyen Lekornu bazar ertəsi Fransanın prezidentinə istefa ərizəsini təqdim edib və Emmanuel Makron bunu qəbul edib. Öncəki axşam Lekornu, sentyabr ayının əvvəlində istefa verən Fransua Bayrunun hökumətinin yerinə təklif olunan yeni nazir kabinetinin tərkibini açıqlayıb. Tərkibi formalaşdırılmış kabinet dərhal müxalifət tərəfindən sərt tənqidə məruz qalıb və yeni hökumət üçün Milli Assambleyada yeni etimadsızlıq səsverməsi vəd edilib.
Bu gün ABŞ-da açıqlanacaq İxrac, İdxal və Ticarət Saldosu investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdir. Həmçinin, Almaniyada dərc olunacaq Sənaye Sektorunda Sifarişlərin Həcmi və ECB sədri Kristin Laqardın baş tutacaq çıxışı bazar iştirakçılarının marağına səbəb ola bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 gün sonra
-
-
6 saat əvvəl
37 900 manata 1240 kilometr - AION i60 Azərbaycanda rəsmi təqdim edildi
-
11 saat əvvəl
Altıağac–Xızı yolunda sürüşmənin fəsadları aradan qaldırılır
-
11 saat əvvəl
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
-
11 saat əvvəl
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
-
11 saat əvvəl
Mayın 17-18-də Bakıda və Abşeron yarımadasında yağış yağacaq - XƏBƏRDARLIQ
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
Azərbaycan neftinin son qiyməti
5 şirkətin müşahidə şurası seçiləcək
İsmayıllı-Lahıc yolunda sürüşmə olub, yol bağlanıb
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
Baku Electronics-də yaz fürsətləri davam edir!
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
Azercell “Baku Flames”in texnologiya və innovasiya tərəfdaşıdır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ






.jpg)








.jpg)



