Dövlət şirkəti 1 qramlıq qızıl külçələri satışa çıxardı
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) yerli bazarda qızıl külçələrə artan investisiya tələbatını nəzərə alaraq məhsul çeşidini genişləndirib.
Marja.az “AzerGold”a istinadən xəbər verir ki, dövlət şirkəti bu gün yerli qızıl xammalından hazırlanan yeni 1 qramlıq qızıl külçələri satışa çıxarıb. Bu addım, qızıl investisiyasını daha geniş istehlakçı kütləsi üçün əlçatan və sərfəli etmək məqsədi daşıyır.
Son aylarda qızılın dünya bazarlarında qiymətinin kəskin artması fonunda fiziki qızıl investisiyası sabit və etibarlı sərmayə aləti kimi diqqət mərkəzindədir. “AzerGold” QSC-nin 1 qramlıq külçələri, məhz bu şəraitdə, daha kiçik məbləğlərlə investisiya etmək imkanı yaratmaqla fərqlənir.
Yeni 1 qramlıq külçələr “AzerGold” QSC-nin rəsmi satış nöqtəsi – Satış və mübadilə mərkəzi və onlayn platforması - www.azergold.gift vasitəsilə əldə edilə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
35 d. əvvəl
43%-lik aktiv artımı və 4,26 milyon manat mənfəət: AFB Bank böyüməni necə gəlirə çevirib?
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət Turizm Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Cavid Quliyev: “PAŞA Bank”ın kapitalının 5%-i bazara təqdim olunacaq
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
"Son illər ərzində dividend ödənişi nisbəti bankın xalis mənfəətinin minimum 35–40 faizi səviyyəsində olub"
Bu il Bakıda yeni metro stansiyası istifadəyə veriləcək
"Bu il daha 4 yolun tikintisinə başlanılacaq"
Ən çox oxunanlar
ABB-dən yüksək gəlirli əmanət kampaniyası!
Cavid Quliyev: “PAŞA Bank”ın kapitalının 5%-i bazara təqdim olunacaq
Azərbaycan neftinin son qiyməti
Bu gün FED 2026-cı il üzrə ilk faiz qərarını açıqlayacaq
Rəsmi məzənnələr açıqlandı
Avro dollar qarşısında 4,5 ilin ən yuksək səviyyəsinə qalxdı - DOLLAR UCUZLAŞIR, AVRO BAHALAŞIR
Tramp ABŞ dollarının dəyər itirməsindən narahat olmadığını bildirib





















