Unibank şəhid ailələri ilə bağlı daha bir tədbirə dəstək olub
Unibank KB Zəfərimizin 5-ci ildönümü ilə bağlı şəhid ailələrinə dəstək məqsədi ilə keçirilən tədbirə dəstək olub.
Şəhid ailələrinin psixoloji rifahının və sosial dayanıqlığının gücləndirilməsinə yönəlmiş “Zəfər ruhu: Şəhid ailələri üçün həmrəylik və psixososial dəstək proqramı” 8 oktyabr – 8 noyabr tarixlərini əhatə edib.
Layihə Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi tərəfindən Unibank KB ASC-nin dəstəyi ilə həyata keçirilib. Bir aylıq proqram müddətində şəhidlərin həyat yoldaşları və övladları ilə fərdi psixoloji seanslar və qrup terapiyaları keçirilib.
Layihə çərçivəsində şəhid ailələri ziyarət olunub, onların mənəvi rifahını dəstəkləməyə yönəlmiş terapiya və meditasiya seansları təşkil edilib. Proqram “Zəfər ruhu” adlı tədbirlə yekunlaşıb. Şəhid ailələrinə bankın adından xatirə hədiyyələri təqdim edilib.
Qeyd edək ki, şəhid və qazi ailələrinə dəstək “Unibank”ın korporativ sosial siyasətinin əsas istiqamətlərindən biridir və bu istiqamətdə davamlı layihələr həyata keçirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 20 saat sonra
-
12 d. əvvəl
Azərbaycanda Amerika Ticarət Palatasında icraçı direktor vəzifəsinə yeni təyinat
-
- 13 d. əvvəl
-
1 saat əvvəl
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Microsoft-dan 150 min dollar "Azure Credits" cəlb edən ilk Azərbaycan Aİ-startapı
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“PAŞA Bank”dan İlkin Kütləvi Təklif üzrə 18,7 milyon manatlıq səhm buraxılışı
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AccessBank-dan “Gül kimi” təklif
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırılıb
Ən çox oxunanlar
Ödəniş təşkilatının vəzifəli şəxsini cərimələnib
Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti Pekində - Strateji tərəfdaşlıq məsələlərini müzakirə edib
Minatəmizləmə zamanı həlak olanların ailə üzvlərinin vergi tutulmalı olan aylıq gəlirləri 400 manat azaldılacaq
Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək
“Premium Bank”da yeni təyinat





















