Bank Qarabağda ilk filialını açdı
“Rabitəbank” ASC Xankəndi şəhərində yeni filialını istifadəyə verib.
Bankın yaydığı press-relizdə bildirilir ki, yeni filial regionun biznes ekosisteminin inkişafına daha bir mühüm töhfə verəcəkdir.
Açılışda Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, Rabitəbankın Müşahidə Şurasının sədri Zakir Nuriyev, Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov, Bankın İdarə Heyətinin sədri Aydın Hüseynov, Müşahidə Şurasının üzvü Rəhman Əliyev, İdarə Heyətinin sədrinin 1-ci müavini Orhan Gültekin, Qarabağ Universitetinin rəhbər heyəti, dövlət qurumlarının nümayəndələri, yerli sahibkarlar və bank rəsmiləri iştirak ediblər.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov isə çıxışı zamanı bildirib ki; “Hazırda bu ərazilərdə 650-yə yaxın müəssisə fəaliyyət göstərir. Yeni iş yerlərinin açılması, sahibkarlıq mühitinin formalaşması və işgüzar həyatın sürətlə canlanmasının bariz göstəricisidir. Əminliklə demək olar ki, bu dinamika yaxın vaxtlarda daha da genişlənəcək. Ümid edirik ki, işğaldan azad olunmuş digər bölgələrdə də Rabitəbankın filial şəbəkəsinin genişlənməsi ilə həm xidmət infrastrukturunun güclənməsinə, həm də regionların sosial-iqtisadi inkişafına əlavə töhfə veriləcək.”
Müşahidə Şurasının sədri Zakir Nuriyev açılış mərasimində öz çıxışı zamanı bildirib ki; “Bu gün Xankəndidə filial açmaq bizim üçün sadəcə yeni bank filialının istifadəyə verilməsi deyil. Bu, Qarabağın iqtisadi həyatına qayıdışın, bu torpaqlarda sabitliyin və inkişafın bərqərar olmasının rəmzidir. Rabitəbank olaraq, ölkəmizin işğaldan azad edilmiş ərazilərində biznesin yenidən qurulmasına, sahibkarlığın dəstəklənməsinə və əhalinin bank xidmətlərinə rahat çıxışına töhfə verməyi strateji vətəndaşlıq borcumuz hesab edirik.”
Bankın İdarə Heyətinin sədri Aydın Hüseynov isə çıxışı zamanı bildirib ki; “Xankəndi filialımız Qarabağın iqtisadi dirçəlişində iştirak etmək istəyimizin ən real ifadəsidir. Bu filialda biz müasir xidmət modelimizi, innovativ yanaşmamızı və rahat bankçılıq konsepsiyamızı tətbiq edirik. Məqsədimiz burada yaşayan insanların və fəaliyyət göstərən sahibkarların bank xidmətlərinə rahat, çevik və etibarlı şəkildə çıxışını təmin etməkdir. Təqdim etdiyimiz rəqəmsal həllər vasitəsilə bütün Qarabağ bölgəsi xidmətlərimizdən rahat faydalana bilər. Qarabağda formalaşan yeni iqtisadi mühitə uyğun olaraq, Rabitəbank bölgənin maliyyə ehtiyaclarını davamlı şəkildə dəstəkləyəcək.”
Rabitəbankın Xankəndi filialının açılması, işğaldan azad olunmuş ərazilərdə dövlət tərəfindən aparılan genişmiqyaslı quruculuq işləri ilə paralel olaraq, bölgədə dayanıqlı maliyyə mühitinin formalaşdırılması istiqamətində strateji addımlardan biridir. Bu filial həm sahibkarlar, həm də fərdi müştərilər üçün tam universal bank xidmətlərini bir ünvanda birləşdirən xidmət mərkəzi kimi fəaliyyət göstərəcək.
Burada kredit məhsulları, kassa-hesablaşma əməliyyatları, əmanətlər, ödəniş kartları, pul köçürmələri, nağd valyuta əməliyyatları və rəqəmsal həllər daxil olmaqla, bütün əsas bank xidmətləri müasir standartlara uyğun şəkildə təqdim olunacaq.
Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 30 xidmət məntəqəsi, 76 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “Rabita Business” tətbiqi, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
5 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
5 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 5 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti























