970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dekabrın 16-da Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın yeni seçilmiş 9 nəfərdən ibarət tərkibinin ilk iclası keçirilib.

İclasda keçirilən səsvermədə Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İctimai Birliyinin rəhbəri Mürvət Həsənli yekdilliklə İctimai Şuranın sədri seçilib.

Bundan əlavə, Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları Assosiasiyasnın üzvü Emin Əliyev sədr müavini, Azərbaycan Dövlət Aqrar Universitetinin Zoomühəndislik fakultəsinin dekan müavini, Azərbaycan Maarifçilər Assosiasiyasının üzvü Günel Əmiri katib seçilib.

İclasdan sonra İctimai Şura üzvlərinin Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi ilə görüşü keçirilib. Görüşdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov yeni formalaşmış İctimai Şuranın üzvlərini təbrik edib, onlara ictimai iştirakçılıq fəaliyyəti sahəsində uğurlar arzulayıb. Ölkəmizdə kənd təsərrüfatının inkişafının prioritet istiqamətlərdən biri elan edildiyini xatırladan nazir İctimai Şura üzvlərini aqrar sahənin dinamik inkişafı istiqamətində görülən işlərdə, keçirilən tədbirlərdə fəal iştirak etməyə, həyata keçirilən təşəbbüslərə ictimai dəstək verməyə çağırıb.

Nazir İctimai Şuraya seçilən üzvlərin aqrar sektorun müxtəlif istiqamətlərini təmsil edən ictimai qurumların nümayəndələri olduğunu xatırladıb və bu amilin nazirliklə vətəndaş cəmiyyəti təmsilçiləri arasında səmərəli əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəyini bildirib.

İctimai Şuranın sədri Mürvət Həsənli müxtəlif  dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin icrasında ictimai iştirakçılığın təmin edilməsi ilə bağlı qarşıda duran vəzifələrdən bəhs edib və İctimai Şura tərəfindən bu vəzifələrin icrası ilə bağlı Fəaliyyət Planının hazırlanacağını bildirib. Görüşdə İctimai Şuranın fəaliyyətinin səmərəli təşkili, ictimai iştirakçılıq tələb edən məsələlər üzrə müvafiq məsləhətləşmələrin keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflər qeydə alınıb, təkliflərin dəyərləndirilməsi üçün müvafiq struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verilib.

İş elanları AzVak.az-da

Kənd Təsərrüfatı Nazirliyi İctimai Şura seçim üzv iclas Azərbaycan Quş əti Yumurta İstehsalçıları İxracatçıları Assosiasiyası İctimai Birlik rəhbər Mürvət Həsənli sədri Ekoloji Təmiz Məhsul İstehsalçıları üzv Emin Əliyev Dövlət Aqrar Universiteti Zoomühəndislik fakultə dekan müavini Maarifçilər Assosiasiyası Günel Əmiri katib görüş nazir Məcnun Məmmədov aqrar sahə inkişaf prioritet təşəbbüs ictimai dəstək əməkdaşlıq ictimaiyyət fəaliyyət plan tədbir məsləhətləşmə təklif struktur bölmə rəhbər
16.12.2025 18:13

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18