ABB İnvest “İlin investisiya şirkəti” seçildi
12-ci Beynəlxalq “Caspian Business Award 2025” mükafatlarının təqdimetmə mərasimi keçirilib.Bakıda 12-ci Beynəlxalq “Caspian Business Award 2025” mükafatlarının təltifetmə mərasimi təşkil olunub. Tədbirdə “ABB İnvest İnvestisiya Şirkəti” QSC yüksək peşəkarlığı, bazardakı dinamik inkişafı və müştərilərə göstərdiyi yüksək keyfiyyətli xidmətlərinə görə “İlin investisiya şirkəti” nominasiyasına layiq görülüb.
Mükafat şirkətin icraçı direktoru Nadir Babazadəyə təqdim edilib. Təltif zamanı Nadir Babazadə bildirib:
“Bu mükafat təkcə ABB Invest-in deyil, bütün komanda üzvlərimizin əzmkar əməyinin nəticəsidir. Məqsədimiz Azərbaycanın investisiya mühitinin inkişafına töhfə vermək, müştərilərimizə beynəlxalq standartlara uyğun xidmətlər təqdim etməkdir.”
2025-ci il ABB Invest üçün bir sıra strateji investisiya bankçılığı layihələri ilə yadda qalıb. Şirkət Bank of Bakunun istiqraz buraxılışında baş anderrayter (baş yerləşdirən) kimi çıxış edib. Həmçinin ABB Invest Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəyişən faizli istiqraz buraxılışında anderrayter qismində iştirak edib və emissiya üzrə tələb təklifi 10% üstələyib, bütün buraxılış ABB Invest tərəfindən tam yerləşdirilib. Bu hadisə ölkədə yeni növ istiqraz alətlərinin inkişafı üçün mühüm presedent yaradaraq kapital bazarına əlavə dinamika gətirib. Bu layihələr şirkətin institusional investorlarla əməkdaşlıq imkanlarını və yerli bazarda aparıcı mövqeyini daha da gücləndirib.
ABŞ səhm bazarından və yerli bazardan əlavə olaraq ABB Invest öz müştərilərinə ABB Mobile platforması vasitəsilə ABŞ dövlət və korporativ istiqrazlarına – beynəlxalq istiqraz bazarına birbaşa rahat və təhlükəsiz çıxış imkanı da təqdim edir. Bu məhsulların sabit faiz gəliri, aşağı risk profili və USD əsaslı qazanc kimi üstünlükləri investisiya imkanlarını genişləndirir və ABB Invest-in müştəri yönümlü innovativ yanaşmasını bir daha nümayiş etdirir.
Eyni zamanda, 2025-ci ildə ABB Invest ilə UNEC (Azərbaycan Dövlət İqtisad Universiteti) arasında strateji əməkdaşlıq memorandumu imzalanıb. Memorandum kapital bazarları üzrə bilik və təcrübə mübadiləsini gücləndirmək, maliyyə savadlılığını artırmaq və tələbələrin praktik bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır. Çərçivə əməkdaşlığı tələbələr üçün peşəkar təcrübə və yay təcrübə proqramları, qiymətli kağızlar üzrə maarifləndirici təlimlər, şirkət və universitet əməkdaşlarının birgə seminarları, karyera dəstəyi və elmi nəşrlərin hazırlanması kimi fəaliyyətləri əhatə edərək təhsil və biznes sektorları arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verir.
Tədbir və layihələr ABB Invest-in ölkədə kapital bazarlarının inkişafına verdiyi töhfəni, həmçinin institusional investorlara göstərdiyi yüksək xidmət səviyyəsini bir daha nümayiş etdirir.
Əlaqə:
ABB İnvest İnvestisiya Şirkəti QSC
Veb sayt:www.abbinvest.az
E-poçt: [email protected]
Telefon: +994 50 268 33 99
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
-
29 d. əvvəl
Ev sahibləri leysan yağışlarına görə neçə manat zərər çəkdi? Kimlərin xərcini sığorta ödəyəcək?
-
- 31 d. əvvəl
- 35 d. əvvəl
- 37 d. əvvəl
- 46 d. əvvəl
-
1 saat əvvəl
Müharibə Azərbaycana gələn ərəblərin sayına mənfi təsir edib - 11 FAİZƏ YAXIN AZALMA
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu ödənişli olacaq
-
1 saat əvvəl
Ziraat Bank Azərbaycan Bank of China-da CNY üzrə müxbir hesab açdı
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ev sahibləri leysan yağışlarına görə neçə manat zərər çəkdi? Kimlərin xərcini sığorta ödəyəcək?
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı artıb
Microsoft-dan Yaponiyaya 10 milyard dollarlıq investisiya
Müharibə Azərbaycana gələn ərəblərin sayına mənfi təsir edib - 11 FAİZƏ YAXIN AZALMA
Azərbaycana gələn əcnəbilərin sayı azalıb
Ən çox oxunanlar
Bank sektorunda çalışanların sayı 1643 nəfər artıb
Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu ödənişli olacaq
Ziraat Bank Azərbaycan Bank of China-da CNY üzrə müxbir hesab açdı
AccessBank dörd nominasiya üzrə qalib oldu!
İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı
Enerji Məsələlərini Tənzimləmə Agentliyi və ABB müqavilə imzaladı
Bakı Fond Birjasının ticarət dövriyyəsində böyük azalma


















