970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30

Ötən ay təyin edilən icra başçısı işdən çıxarıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ötən ay təyin edilən icra başçısı işdən çıxarıldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev E.O.İbrahimovun Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncam ilə, Elxan Oqtay oğlu İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Reklam_3_11

Qeyd edək ki, Elxan İbrahimov ötən ay (12 noyabr 2025-ci il tarixində) Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi. O bundan əvvəl Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışırdı.

XXX

1982-ci ildə Bakı şəhərində anadan olub. 2003-cü ildə Azərbaycan Kooperasiya Universitetinin “Maliyyə və kredit” ixtisası üzrə bakalavr, 2005-ci ildə eyni ixtisas üzrə magistratura səviyyəsini başa vurub,  daha sonra Stokholm İqtisadiyyat Məktəbində təhsil almışdır. 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə təhsilini başa vurub.

Əmək fəaliyyətinə 2006-cı ildə Azərbaycan Kooperasiya Universitetində müəllim kimi başlayıb. Sonralar  “Holiday Inn Baku Airport” otelində, “Baker Tilly” audit şirkətində, “Embawood”  şirkətlər  qrupunda  və  digər  holdinqlərdə maliyyə sahəsi üzrə rəhbər vəzifələrdə çalışıb. 2020-ci ilin aprel ayından Şamaxı Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Başçının müavini, 18 fevral 2022-ci il tarixdən Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12 noyabr 2025-ci il tarixli Sərəncamı ilə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdu. 

Yeni Azərbaycan Partiyasının üzvüdür. Evlidir, 3 övladı var.

29.12.2025 17:40

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18