Dünyada mis çatışmazlığının daha da dərinləşməsi gözlənilir
Dünya üzrə süni intellekt yarışı və müdafiə xərclərinin artması mis çatışmazlığını daha da dərinləşdirə bilər. S&P Global-in apardığı yeni araşdırmaya görə, mis istehsalındakı çətinliklər çatışmazlığın şiddətlənməsinə səbəb olacaq.
Marja.az xəbər verir ki, S&P Global-ın araşdırmasında, tələbin sürətlə artdığı halda mədənlərdən hasilat məhdud qalır. Araşdırmaya görə, bunun nəticəsində iqtisadi inkişaf və texnoloji genişlənmə üçün misin çatışmaması riski artır.
Mis qiymətləri, bir sıra mədənlərdə yaşanan fasilələr və mümkün Tramp tarifləri öncəsi tacirlərin ABŞ-da ehtiyat yığması səbəbindən London Metal Birjasında (LME) 1 ton üçün 13 000 dolların üzərinə qalxıb.
S&P Global-in enerji keçidi və mühüm metallar üzrə departamentinin rəhbəri Aurian De La Noue bildirib: “Süni zəka və məlumat mərkəzləri üç il əvvəl həqiqətən gündəmdə deyildi. Bu tədqiqat göstərir ki, bu artım istiqamətləri qiymətləndirilmədən əvvəl belə tədricən təklif çatışmazlığına doğru irəliləmə baş verib”.
S&P Global, 2040-cı ilədək qlobal mis tələbinin mövcud səviyyədən 50% artaraq 42 milyon tona çatacağını proqnozlaşdırır. Tikinti, ev avadanlıqları, nəqliyyat və enerji istehsalı kimi ənənəvi sahələr mis tələbinin böyük hissəsini təşkil etməyə davam etsə də, artımda ən böyük pay elektrikli avtomobillər, bərpa olunan enerji, batareya və şəbəkə genişlənməsini də əhatə edən enerji keçidi istifadəsinə düşür.
Məlumat mərkəzləri və süni zəka infrastrukturu ilə bağlı mis istehlakı 2040-cı ilədək qlobal quraşdırılmış məlumat mərkəzi tutumunun təxminən dörd dəfə artması gözlənildiyi üçün yüksələcək.
S&P-nin tədqiqatına görə, süni zəka, məlumat mərkəzləri və qlobal müdafiə xərclərində yaranan tələbin 2040-cı ilədək təxminən üç dəfə artması gözlənilir və bunun nəticəsində ümumilikdə 4 milyon ton əlavə istehlak yaranacaq.
S&P Global həmçinin tələbatın başqa potensial mənbəyini də müəyyən edib: humanoid robotlar. Texnologiya hələ ilkin mərhələdə olsa da, 2040-cı ilədək 1 milyard humanoid robotun fəaliyyətdə olması illik təxminən 1,6 milyon ton misə ehtiyac olacağını göstərir. Tədqiqatın məlumatına görə, bu mövcud istehlakın təxminən 6%-ni təşkil edir.
Lakin mövcud mədənlərdə rudun keyfiyyəti (bir mədən yatağından çıxarılan materialın (rudun) içində metalın (məsələn, misin) nə qədər konsentrasiyada olduğuna və tərkibinin nə qədər saf olduğuna işarə edir) pisləşir və yeni layihələrdə icazə, maliyyə və tikinti məhdudiyyətləri çətinliklər yaradır. Nəticədə dünya üzrə mis istehsalının 2030-cu ildə təxminən 33 milyon tonla pik həddə çatması gözlənilir. Tədqiqat göstərir ki, bu dövr ərzində təkrar emal olunan mis 10 milyon tonla iki dəfə artırılsa da, hələ də çatışmazlıq mövcuddur.
Bildirilir ki, bu tədqiqat BHP, Rio Tinto ilə yanaşı ticarət şirkətləri Trafigura, Gunvor və Google-dan maliyyə dəstəyi alıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
-
1 saat əvvəl
Azərbaycanda 2 ayda dövlət xətti ilə 22 milyon manatdan çox ipoteka krediti verilib
-
-
1 saat əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 17 % artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakıya yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
Unibank 5 nominasiya üzrə qalib olub
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
Ən çox oxunanlar
Fevralda ödəniş kartlarının sayı 191 min ədəd artıb
Qanlı Göl yeni layihə əsasında abadlaşacaq
MİDA-da yeni təyinat olub
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
Bank sektorunda, o cümlədən kreditlərdə cüzi artım olub
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər
Expressbank növbəti ekoloji layihəyə tərəfdaşlıq edib
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR
















