“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Bankın cəmi kredit portfeli 47% artaraq 467 milyon manat təşkil etmişdir ki, bu da bank tarixində ən yüksək göstəricidir."Yapı Kredi Bank Azərbaycan" QSC 2025-ci ilin yekunu üzrə maliyyə nəticələrini açıqlayıb.
QSC-nin yaydığı press-relizdə bildirilir ki, bank, güclü kapital bazası və güclü likvidlik göstəriciləri, risklərin ehtiyatlı idarə olunması prinsipləriylə yanaşı, strateji inkişaf prioritetləri çərçivəsində rəqəmsal bankçılıq həllərinin genişləndirilməsinə və əməliyyat proseslərinin təkmilləşdirilməsinə xüsusi önəm verir. Ötən rübü uğurla bitirən bankın 2025-ci ildə xalis mənfəəti 10 milyon manat təşkil edib.
2024-cü ilin yekunu ilə müqayisədə bankın faiz gəlirləri 14% artaraq 53 milyon manat, qeyri-faiz gəlirləri 12% artaraq 28.7 milyon manat təşkil edib. Ümumilikdə, bankın xalis faiz gəliri 39.5 milyon manat olmuşdur.
Bankın istehlak və biznes kreditlərinə olan müştəri marağı maliyyə göstəricilərində özünü göstərmişdir. Belə ki, 2024-cü ilin sonu ilə müqayisədə bankın ümumi kredit portfeli 47% artaraq 467 milyon manat təşkil etmişdir ki, bu da bank tarixində ən yüksək göstəricidir.Biznes kreditləri portfeli 64% artaraq 309 milyon manat, istehlak kreditləri portfeli 19% artaraq 97 milyon manat olmuşdur. Daşınmaz əmlak kreditləri 29% artaraq 62 milyon manat təşkil edib.
Bankın depozit portfeli 528 milyon manat, o cümlədən hüquqi şəxslərin depozitləri 431 milyon manat, fiziki şəxslərin depozitləri 96 milyon manat təşkil etmişdir.
2025-cü ilin 4-cü rübünün yekunlarına dair göstəricilərinə əsasən "Yapı Kredi Bank Azərbaycan" Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş prudensial normativləri lazımi səviyyədə yerinə yetirmişdir. Belə ki, müvafiq dövrün sonuna bankın I dərəcəli kapitalının adekvatlıq əmsalı 14.4%, məcmu kapitalının adekvatlıq əmsalı isə 17.1% olmuşdur.
Bankın tutulmalardan sonra məcmu kapitalı 109 milyon manat təşkil edib. Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, minimum məcmu kapital norması 50 milyon manatdır.
Əsas səhmdarı Türkiyənin "Yapı Kredi A.Ş". bankı olan "Yapı Kredi Bank Azərbaycan" QSC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
7 d. əvvəl
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
-
- 19 d. əvvəl
-
19 d. əvvəl
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
-
1 saat əvvəl
ADUA müqavilə sahəsində seysmik tədqiqatla bağlı görüləcək işlərin vaxtı və həcmi dəqiqləşdirilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Expressbank: Kreditləşmə və depozitlərdə güclü artım qeydə alınıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
-
2 saat əvvəl
“PAŞA Holding”dən yeni törəmə şirkət – “PAŞA Maliyyə Holding” təsis edilib
-
2 saat əvvəl
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
Bank aviabilet alır - TENDER
Sıfır xərclə ticarət mümkündür?
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Ən çox oxunanlar
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
“İvanovka Süd Məhsulları” rəqiblərindən şikayət edib - Şirkətin müraciətilə 2 şirkətə və 1 sahibkara göstəriş verilib
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Azərbaycan neftinin son qiyməti
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb




















