Etimad, peşəkarlıq və davamlı inkişaf!
“NR ProAudit” şirkəti ilk 1 illik fəaliyyətini uğurla başa vurub. Şirkət Qarabağda iri tikinti və bərpa layihələrində iştirak edən təşkilatların etibarlı tərəfdaşına çevrilirAudit və konsaltinq sahəsində fəaliyyət göstərən “NR ProAudit” qısa, lakin məhsuldar bir dövr ərzində ilk bir illik fəaliyyət mərhələsini uğurla tamamlamışdır. Bu müddət ərzində əsas fəaliyyət fəlsəfəmiz olan keyfiyyət, dürüstlük və peşəkar yanaşma prinsipləri üzərində möhkəm və dayanıqlı təməl formalaşdırılmışdır.
Bu barədə Marja.az-a “NR ProAudit” şirkətindən bildirilib.
Qeyd edilib ki, hesabat dövrü ərzində şirkətin müştəri portfelinə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Təhsil Tələbə Kredit Fondu, eləcə də “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxsi kimi strateji əhəmiyyətə malik dövlət qurumları daxil olmuşdur. Bununla yanaşı, SOCAR-ın törəmə müəssisələri və podratçıları üçün audit və maliyyə məsləhət xidmətlərinin göstərilməsi şirkətə olan yüksək etimadın bariz nümunəsidir. Eyni zamanda çoxsaylı kiçik və orta sahibkarlıq subyektlərinə təqdim olunan audit və konsultasiya xidmətləri nəticəsində biznes proseslərinin səmərəliliyi artırılmış, maliyyə idarəetməsi gücləndirilmiş və davamlı inkişaf təmin edilmişdir.
Vurğulanıb ki, “NR ProAudit” şirkəti fəaliyyətə başladığı ilk gündən etibarən Qarabağ regionunda həyata keçirilən və dövlət tərəfindən icra olunan iri tikinti və bərpa layihələrində iştirak edən təşkilatlarla əməkdaşlığı prioritet istiqamət kimi müəyyən etmişdir. Bu layihələrdə audit və maliyyə məsləhət xidmətlərinin göstərilməsi yalnız kommersiya fəaliyyəti deyil, eyni zamanda ölkənin iqtisadi dirçəlişinə verilən peşəkar töhfə kimi qiymətləndirilir.
“İnsan kapitalının inkişafı şirkətimizin əsas strateji üstünlüklərindən biridir. Hazırda komandamız 16 peşəkar əməkdaşdan ibarətdir və onlardan 5 nəfəri ACCA Member statusuna malikdir. Bu göstərici, xüsusilə bir ilini yeni tamamlayan şirkət üçün, xidmətlərimizin beynəlxalq audit və maliyyə standartlarına tam uyğunluğunu təsdiqləyir və müştərilərə əlavə etibar yaradır”,- məlumatda bildirilir.
“Qarşıdakı dövrdə fəaliyyət sahələrinin genişləndirilməsi, xidmət keyfiyyətinin daha da yüksəldilməsi, insan resurslarına investisiyanın davam etdirilməsi və bazarda etibarlı, uzunmüddətli tərəfdaş mövqeyinin möhkəmləndirilməsi əsas strateji hədəflərimizdir
Bu bir ilin uğurlu nəticələrinin əldə olunmasında əməyi olan bütün əməkdaşlarımıza, tərəfdaşlarımıza və bizə etimad göstərən müştərilərimizə dərin təşəkkürümüzü bildiririk.
İnanırıq ki, bu ilk il gələcək böyük nailiyyətlərin yalnız başlanğıcıdır”, -məlumatda əlavə edilib.
“NR ProAudit”
Ünvan: İzmir küçəsi 8, Hyatt Tower 3, mərtəbə
Sayt: www.proaudit.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 gün sonra
-
16 saat sonra
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
- 2 saat əvvəl
-
-
4 saat əvvəl
İran sabahdan ABŞ-a bağlı İT və texnologiya şirkətlərini vuracağı ilə bağlı xəbərdarlıq edib
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mikayıl Cabbarov “Fiba Holdinq”in nümayəndələri ilə görüşüb, əməkdaşlıq müzakirə edilib
-
7 saat əvvəl
Trampdan ABŞ-ın müttəfiqlərinə sərt reaksiya: Gedin reaktiv yanacağınızı Hörmüz boğazından alın
-
7 saat əvvəl
Heqset: ABŞ Rusiya və Çinin İran ətrafında nə etdiyini dəqiqliklə bilir
-
7 saat əvvəl
ABŞ-ın müharibə naziri: Bəlkə də İrana qoşun yeritməyə ehtiyac olmayacaq
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
Tramp: Hörmüz boğazı özü açılacaq, İran artıq məğlub edilib
Baffetdən xüsusi açıqlamalar: "Qeyts ilə əlaqəni kəsmişəm"
Trampdan ABŞ-ın müttəfiqlərinə sərt reaksiya: Gedin reaktiv yanacağınızı Hörmüz boğazından alın
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Aprelin 1-dən qadağan edilir
“Azercell" də Baş icraçı direktor vəzifəsi yaradılıb
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə növbəti kupon ödənişi həyata keçiriləcək























