Maliyyə nəhəngi qızıl üçün tarix açıqladı: 6 min dolları nə vaxt keçilə bilər?
ABŞ-ın ən böyük maliyyə təşkilatı qızılın 2026-cı ildə 23–27 faiz bahalşacağını gözləyir.ABŞ-ın ən böyük maliyyə institutlarından biri olan Wells Fargo qızılın qiymətilə bağlı proqnozunu əhəmiyyətli dərəcədə artırıb.
Marja xəbər verir ki, Bank 2026-cı ilin sonunda qızılın unsiyasının qiymətinin 6 min 100 – 6 min 300 dollar aralığında olacağını gözləyir.
"Wells Fargo"nun investisiya bölməsi olan "Wells Fargo Investment Institute" daha əvvəl 2026-cı ilin sonu üçün 4 min 500 – 4 min 700 dollar aralığında proqnoz vermişdi. Yeni proqnoz əvvəlki gözləntilərlə müqayisədə təxminən 1600 dollar artım deməkdir. Faiz ifadəsində bu düzəliş təxminən 35 faiz yüksəlişə bərabərdir.
Hazırda qızılın unsiyasının qiymətinin təxminən 5000 dollar səviyyəsində olduğu nəzərə alınarsa, bankın yeni proqnozu qiymətli metal üçün əlavə olaraq 23–27 faiz bahalşama potensialına işarə edir. Bu qiymət yenilənməsi bazarlarda optimist gözləntilərin daha da güclənməsinə səbəb olub.
Yeri düşmüşkən, tanınmış investor Rey Dalio Dubayda keçirilən World Governments Summit tədbirində çıxışı zamanı qızıl bazarında son qiymət geri çəkilmələrinin ciddi qəbul etmədiyini bildirib. Dalionun sözlərinə görə, qlobal qeyri-müəyyənlik artdıqca qızılın güclü nəticə göstərməsi üçün “mükəmməl ssenariyə” ehtiyac yoxdur.
Müştərilərin xəbərləri
Çinarlı MTK: yeni metro yaxınlığında və Binəqədidə infrastrukturla paralel inkişaf edən layihə maraq yaradır
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 45 d. əvvəl
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Azərkəndtikinti"nin fəaliyyətinin bərpa edilməsi nəzərdə tutulur
- 3 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SİMA həlləri WUF13-də təqdim edildi
“CPM-invest”in xalis mənfəəti 6,6 dəfə artıb
Rəsmi məzənnələr açıqlandı
"Azərkəndtikinti"nin fəaliyyətinin bərpa edilməsi nəzərdə tutulur
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 22 GÜN
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
Maliyyə Nazirliyi uzun fasilədən sonra bazara qayıtdı - İllik 7%-lə 10 il müddətinə 200 milyon manat cəlb edir
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib







.jpg)





.jpg)






