İvanovka kəndində özəl aqropark - Qeydiyyat şəhadətnaməsi aldı
“İvanovka Aqropark”a qeydiyyat şəhadətnaməsi təqdim edildiKənd Təsərrüfatı Nazirliyi tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən yeni yaradılan daha bir aqroparka qeydiyyat şəhadətnaməsi təqdim olunub.
Marja xəbər verir ki, İsmayıllı rayonunun İvanovka kəndində yerləşən “İvanovka Aqropark”a rezidentin qeydiyyat şəhadətnaməsinin təqdimetmə mərasimində çıxış edən Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov son dövrlərdə aqroparklarla bağlı görülən işlər barədə məlumat verib.
ATM direktoru qeyd edib ki, ölkə başçısı cənab İlham Əliyevin “Aqroparkların fəaliyyətinin təşkili, idarə olunması və inkişafı sahəsində əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında” 14 aprel 2025-ci il tarixli Fərmanı ilə bu sahədə mühüm dəyişikliklər edilib. Belə ki, aqroparklara münasibətdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi “səlahiyyətli orqan”, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi publik hüquqi şəxsi isə “idarəedici təşkilat” kimi müəyyənləşdirilib. Bundan sonra aqroparklarla bağlı bir sıra normativ hüquqi sənədlər hazırlanaraq təsdiqlənib. Hazırda isə aqroparkların potensialı üzrə diaqnostikalar yekunlaşmaq üzrədir.
“İvanovka Aqropark” haqqında məlumat verən ATM rəhbəri bildirib ki, bu aqropark özəl aqroparkdır və innovativ texnologiyalar əsasında əkinçilik və bağçılıq üzrə ixtisaslaşması nəzərdə tutulur.
Tədbirdə çıxış edən “İvanovka Aqropark”ın direktoru Ramin Əlifov aqroparkın yaradılmasında göstərilən dövlət dəstəyinə və şəraitə görə ölkə başçısına, aidiyyəti qurumlara minnətdarlığını bildirib. O qeyd edib ki, əsasən əkinçilik və bağçılıq üzrə ixtisaslaşacaq təsərrüfat kompleksinin ümumi ərazisi 7600 hektar, layihə dəyəri 25.1 milyon manat təşkil edir. Aqroparkda 4 tarla sxemi ilə il ərzində 500 ha ərzaqlıq buğda, 250 ha dən üçün qarğıdalı, 250 ha günəbaxan, 250 ha isə təkrar əkin olaraq silosluq qarğıdalının becərilməsi planlaşdırılır. Eyni zamanda, 1750 ha dəmyə sahədə arpa, 1500 ha sahədə buğda və 100 ha sahədə yonca bitkisinin becərilməsi, 100 ha sahədə damlama suvarma sistemi altında süfrə və texniki üzüm sortlarının becərilməsi nəzərdə tutulur.
Tədbirin sonunda ATM direktoru Rəşad Hüseynov rezidentin qeydiyyat şəhadətnaməsini “İvanovka Aqropark”ın direktoru Ramin Əlifova təqdim edib.
Qeyd edək ki, hazırda ölkədə aqropark statusu olan təsərrüfatlar fəaliyyət istiqamətlərinə görə bitkiçilik, heyvandarlıq, emal, çeşidləmə-qablaşdırma və logistika üzrə ixtisaslaşıb. Bu təsərrüfatlarda istehsal olunan əsas məhsullara isə taxıl məhsulları, ət və ət məhsulları, süd və süd məhsulları, bitki yağları və heyvan yemləri kimi geniş çeşiddə məhsullar daxildir. Aqroparklarda əldə olunan məhsullar həm yerli bazarlarda, həm də xarici bazarlarda realizə edilir.
Bu günədək ölkə üzrə aqroparklarda 10 minə yaxın daimi və mövsümi iş yerləri yaradılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 13 milyard dolları keçib
- 8 saat əvvəl
-
9 saat əvvəl
56 manata sığortaladığı əkin sahəsinə görə 5600 manat ödəniş aldı
-
9 saat əvvəl
Qeyri-neft ixracında özəl sektorun ilk onluğu dövlət şirkətlərini qabaqlayıb
-
10 saat əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
10 saat əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
-
10 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
- 10 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Rusiya istehsalı “Baltika” yenidən Azərbaycanda
“Prime Cotton”ın ixracında güclü artım
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Ən çox oxunanlar
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı























